Web hosting müqayisəsi

Salam. Mən belə bir seçim qarşısında qalmışam. Web hosting almaq istəyirəm ama hostgator.com və godaady.com da olan hostinglərin hansını götürüm bilmirəm. Sizcə bu Godaady Deluxe hosting paketi yoxsa Hostgator Baby plan paketi daha yaxşıdır. Qiymet fərqinə görə yox. Surətliliyinə, təhlükəsizliyinə və göstəricilərinə görə siz hansını seçərdiniz? Verilən cavablara görə öncədən təşəkkür edirəm

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2012-11-26 10:08:31)
Salam. Hostgator məsləhət deyil. Son zamanlar çox kaprizli olublar. Durduq yerdə index.php-ləri forbid 403 edirlər, səbəb kimi də deyirlər mysql-ə çox sorğu gedir səhifədən. Adama deyərlər html səhifə açan idim sizin servisi neynirdim daha. :) Bu bir yox bir neçə tanış saytda olub son 2 həftədə. Özü də həll də təklif edirlər, məsələn WP istifadə edirsinizsə, super cache plugini istifadə edin və.s. Bir sözlə sizin işinizə burun soxub məcbur edirlər ki hansısa plugini quraşdırasınız. Godaddy isə normaldır. Amma onda da son zamanlar update problemləri olur. MX record-ları, Nameserverləri dəyişəndə update çox çəkir, 1 sutka əvəzinə 3-5 sutka. Amma ümumi performansda Godaddy yaxşıdır.

Esger Abdullayev (2012-11-20 14:37:58)
http://www.godaddy.com meslehetdi budu qaqa

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Domen və hostinq almaq istəyirəm

Azərbaycandan domain və hostinq almaq

Limitsiz emailli hostinq

Domein almaq

Az domen ilə xarici hostinq

Təsdiqləmə tələb etməyən Hosting.