OpenVZ VPS və Xen VPS

Salam. Vps serverlərdə 2 növə rast gelmişəm. Ama bilmirəm bunların fırqi nədir. Xen VPS və OpenVZ VPS serverlərin fərqi nədədir? Hansı daha məsləhətdir? Və hansının mənfi hansının müsbət xususiyyətləri var? Ətraflı cavablarınızı gözləyirəm. Cavab verən hər kəsə öncədən minnətdarlığımı bildirirəm.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2012-11-23 15:33:24)
OpenVZ işlətmişəm əvvəllər, çox problemi çıxıb, sanki shared hosting-dir, bir çox parametrlə ümumidir deyə tez-tez limit aşmaları filan olur, performansa təsir edir

MurikDeDejavu (2012-11-23 12:37:55)
Aleykum... yeqinki alıcı kimi maraqlanırsan, ona göre Xen meslehetlidi. Xen de Cloud Hosting kimi eyni prinsiplidir, yani her ayrılmış paketin elaqesi tamamile digerlerinden kesilir ve pulunu ödediyin göstericiler tamamile senlikdi. Yani OpenVZ da serverin 4gb rami olsa bele 6 eded 1gb ram lıq vds sata biler bunlar hamısı 4e bağlıdır ve 1paket 2gb ram da işlede biler...CPU ve ya diger göstericilerde ele bunun kimi. Xen de ise 4gb ram da 1gb liq maksimum 4 vds ayira biler ve her vds maksimum 1gb ram islede biler diger 3gb boş olsa bele, CPU ve diger göstericilerde bunun kimi...

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

VPS

windowsda kompüteri birləşdirmək

VPS`lə domeni necə birləşdirmək lazımdır?

Virtual server seçimində təcili kömək lazımdır

VPS + php5.2

rusiyada ən ucuz VPS?