Telefonda ü,ə,ö hərfləri necə tapmaq olar?

Salam. Yeni aldığım Telefonda (HTC Design 4G) mesaj və ya internetdə bir şeylər yazanda ə,ü,ö kimi hərflərdən istifadə etmək olmur.Necə edə bilərəmki nəsə yazarkən o hərflərdə olsun. Qeyd edimki telefonda 2 dil mövcddur İngilis dili birdə Tayvan dili başqa dil necə əlavə etmək olar bilmirəm.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

RZALI (2012-11-30 19:45:29)
Hə düzəltdim çox sağol.

E. Hacı (2012-11-28 23:48:47)
Necə yəni səs çıxır? Tone? Onu da settings-dən yığışdırın da.

RZALI (2012-11-28 23:06:35)
Düzəltdim amma yazı yazarkən çox səs çıxır heyifki

E. Hacı (2012-11-26 14:30:59)
Settings-nə baxın, bir neçə dil əlavə etmək olur

Rzalı (2012-11-26 13:57:06)
Multik yüklədim amma rus.ing dilləri gəldi az dili gəlmədi niyə?

Tural Əlisoy (2012-11-23 20:02:15)
Salam. Bir milli proqramımız Multik və ya Swype ikisidə qəşəngdir

Amil (2012-11-23 19:51:06)
Play Store'dan Multik app'ını endirin.