Azercell,Bakcell, Narmobile -dan qısa nömrə

Salam. Mən bilmək istəyirəm qeyd etdiyim operatorlardan qisa nömrələri necə əldə etmək olar ? məs: saytlarda pullu yükləmələr və digər xidmətlər üçün nəzərdə tutulan nömrələr.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2012-11-27 16:30:55)
Bunu artıq özləri ilə dəqiqləşdirin, hər bir operatorun fərdi tələb və qiymətləri var. Amma dediyim kimi əsas şərt hüquqi şəxs, yəni şirkətə,möhürə və.s. malik olmanızdır

Messi (2012-11-27 15:31:17)
Deqiq hansi telebleri var .? ve nomrenin qiymeti neceye olur ?

E. Hacı (2012-11-27 15:07:53)
Hüquqi şəxs lazımdır. Bu ağır prosesdir, yəni bir nəfərin həll edəcəyi iş deyil. Vaxtilə maraqlanmışdım. Ona görə də Content providerlərlə işləmək yeganə variantdır. Amma o halda sizə çatan 25% olur. Rus şirkətləri var ki bizim operatorlar ilə qısa nömrə verir, onlar 30% təklif edir deyəsən. Ondan yuxarısı yoxdur. Bu isə əksər hallarda çox sərfəsizdir, ancaq maya dəyəri olmayan nəyinsə satışında fayda verə bilər. Məsələn saytda status vermək, tv-də sms yarışması və.s. Yoxsa ki, siz məsələn 10 azn dəyərində kitabı online satırsınızsa sms ilə 15 azn-ə, bu halda sizə 4.5 azn verəcəklər, bu isə maya dəyəri olan 10 azn-in yarısı da etmir və təbii ki belə sistem qurmaq mümkün deyil. Ona görə də sms ödəmədənsə Azericard və ya Goldenpay ödəmə yaxşıdır, orada sizə çatan faiz 25-30% yox, 97%-dir.

Çingiz Hüseynzadə (2012-11-26 21:33:01)
Operatorların ofislərinə müraciət edərək ətraflı məlumat ala bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Azercell-də Operadan yükləmə problemi

Azərcell-dən gələn reklamlar

Bakcell datakart trafik

AZERCELL GIZLICELL

Nomrəmdən kontur cixilmasini nece dayandirim?

ASAN imza