Android root etmək

Hər kəsə salam! Mən android planşetimi root etmək istəyirəm. Planşetimin adı HTC FLYER-dir. İnternetdən topladığım məlumatlara görə Htc markalı telefon və tabletləri root etməmişdən əvvəl S-OFF etmək lazım imiş. Necə edirəmsə alınmır. Heç cürə olmur. Çoxlu üsullarla planşeti S-OFF etməyə çalışdım amma alınmadı. Hələ bir üsulla S-OFF edərkən (super tool v3 proqramı ilə) belə bir şəkil çıxdı və mən də yes basdım. Bundan sonra planşetdə hər şey silindi. Amma S_OFF olmadı. Ümumiyyətlə planşetimi necə root edə bilərəm? Mənə hansı üsulu məsləhət görürsünüz? Çox xahiş edirəm mənə kömək edəsiniz. Dəyərli fikirlərinizə ehtiyacım var. Əvvəlcədən hər kəsə təşəkkürümü bildirirəm.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Ruslan Butdayev (2012-12-18 14:05:25)
uzerinde hansi versiya android dayanib?

E. Hacı (2012-12-18 10:04:40)
Salam. xda-developers saytına daxil olun, ən dəqiq metodlar orda olur. İndiyədək bir dəfə də görməmişəm ki, orda yazılan metodlar bəhrəsini verməsin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android versiyasını yüksəltmə

BlueStacks haqqında kömək lazımdır

Silinən Şəkil və videoları bərpa etmək

Androiddə reklam səhifəsi açılır.

sony xperia z3 duas internet

Anroid-dən Cyanogenmod sisteminə keçmək