dealextreme.com saytı haqqında

Salam. Mən bu saytdan alış veriş etmək istəyirəm ama bəzi suallarım var. Birinci Sualım saytın nə dərəcədə güvənli olması ilə bağlıdır. Yəni yazılana görə 7-10 iş günü ərzində alınan mallar çatdırılır. Bu nə dərəcədə doğrudur?? İkinci problemim isə bundan ibarətdir: Mən ünvan mətninə və alıcının adı soyadı hissəsini necə düzgün yazım? Yəni Burda şriftlər Azərbaycan ya latın şriftləri olması, yaşadığım ünvanı hansı dildə yazmalı olmagim və s. aiddir. Xahiş edirəm bu mövzuda kömək edəsiniz

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Zohrab2x2 (2012-12-03 22:02:28)
Bəli...

RZALI (2012-12-03 20:49:29)
Çin saytıdır?

Zohrab2x2 (2012-12-03 20:16:54)
Adətən 14-27 gün ərzində...

Nicat (2012-12-03 19:51:30)
Bəs sifariş nə qədər vaxta gəlir??Ümumiyyətlə mümkünsə əlaqə saxlayardınız http://www.facebook.com/nicat.nadiroff

Zohrab2x2 (2012-12-03 00:44:22)
Tam güvənli saytdır. Özüm o saytdan ox şey almışam. Ünvanı da, ad və soyadı da öz dilimizdə də yazsanız olar. Əsas odur ki, poçt nömrənizi doğru yazasınız...