İnternetdən bank hesabımı idarə etmək

Salam.Mənim visa electron kartım var və balansımda nə qədər pul olduğunu bankamata getmədən,internetdən öyrənmək istəyirəm.Yəni,belə bir sayt var ki,oradan qeydiyyatdan keçim və balansımda nə qədər pul var baxım.Cavablara görə əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

ramil_sr (2012-12-15 19:00:56)
Bunun üçün kartı bankomata daxil etmək və PIN-kodu yığmaq, əsas menyuda “Xidmətlər” bölməsini seçmək, “Xidmətlər” bölməsində “IB parol siyahı” bölməsini seçmək lazımdir. Bundan sonra bankomat parolların siyahısını çap edəcək.

vusal-39 (2012-12-12 12:47:23)
IB sifreleri cekini nece elde edm?

ramil_sr (2012-12-06 23:30:39)
Heç bir banka getməyə ehtiyac yoxdu. İnternet Banking xidmətinə www.hbservice.com saytında plastik kartını qeydiyyatdan keçirməklə qoşula bilərsən. Bu sistemə Azərbaycandakı əksər banklar qoşulub. İstifadə qaydalarını oxu, hər şey orda aydın yazılıb. Sadəcə qeydiyyat üçün bankomatdan İB şifrələri çekini əldə etmək lazimdi.

Namiq Bəndəli (2012-12-02 15:15:36)
Salam. Bankın öz saytında internet banking xidməti vasitəsilə bunu etmək mümkündür. Bankınızla əlaqə sazlayın və o bankda internet banking xidmətinin aktiv olub olmadığını öyrənin. Başqa heç bir üsul ilə - digər saytda qeydiyyat və s. bu mümkün deyil.