şəkillərə proffesional effektlər vermək

salamlar...mənə şəkillərə professional effektler vermək lazımdır..bəzi adamlarda görmüşəm çox xoşuma gəlib amma bilmirəm necə verilir hansı proqramla verilir..zəhmət olmasa başa salardınız..amma çox gözəl və professional effektler olsun ele belə effekt lazım deyil

cavablandıran hər bir kəsə təşəkkürümü bildirirəm

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2012-12-07 11:07:44)
Dizayner olmasam da bildiyim odur ki, Photoshop kimi proqramların təklif etdiyi hazır filter/effect-lər professional sayılmır. Hətta naşılıq sayılır onlardan hazır şəkildə istifadə. Profesional effekttlər adından da göründüyü kimi unikal olmalıdır, yəni bir çox filterlərın ustalıqla kombinə edilmiş forması. Bir sözlə professional iş üçün professional olmaq lazımdır, hazır nəsə tapmaq yox. Professional olduqdan sonra Photoshop, GİMP və.s. proqramlar tamamilə qane edir istənilən effekti yaratmaq üçün

Maksim_252 (2012-12-07 00:31:59)
əgər kiçik ölçülü bir proqram istəsəniz Photoscape proqramı işinizə yarayar

Tural Əlisoy (2012-12-06 23:19:19)
belə bir sayt da var pixlr.com/editor/

Amil (2012-12-06 20:50:12)
Bu sahənin lideri Photoshop'dur.