Galaxy zaryatka saxlamir

Salam.Mənim Telefonum Galaxy S2-dir.Zaryatkani 1günnən az saxliyir. mən necə edimki heç olmasa 2gün saxlasin, proqram ya nesə belə bir şey var?,

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2012-12-08 11:33:05)
Salam. Enerji məsələsi smartfonların həll edilməyən dərdidir, indi ekran və aparat təminatı yarışı gedirdi 3 ildir, deyilənə görə npvbəti illərdə artıq batareya yarışı da gedəcək. Belə olsa çox yaxşı olar, nəhənglər artıq diqqətini batareyaya yönləndirib böyük pullar sərf etsələr, optimal həllər və ya inkişaf olar. Siz özünüz müəyyən optimizələr edə bilərsiniz. 1.Məsələn 3g/2g switch widgeti yükləyin və smartfonu daim 2g vəziyyətində saxlayın, yalnız 3g lazım olanda, internetdə olduğunuz zaman 3g-ni aktiv edin. Bu batareya saxlamasına çox müsbət təsir edən amildir, hətta deyərdim əsas amildir. Çünki birincisi 3g hədsiz çox enerji yeyən texnologiyadır, ikincisi bizim hər 3 operatorun 3g-si sağlam olmadığına görə dalğa daim E,H+,3G arası vargəl edir, bu vargəl etmə də xeyli enerji aparır, telefon durduq yerdə ekranı sönülü halda belə sürətlə enerji aparır. Ona görə də 3G ancaq lazım olanda qoşulsun, qalan hallarda 2G. 2.Ekran işığını azaldın, 50%dən bir az da az edin, bu normal göstəricidir, çox parlaq həm gözə zərərdir, həm də enerjini içir. 3.Telefondan istifadəni dayandıran zaman running prosesə daxil olub təmizləyin onları, düzdür avtomatik tənzimlənir bu Androidlərdə, amma sizin özünüzün etməyiniz də bir az da enerji udmağa imkan yaradar. 4. Telefonu çalışın ancaq 20%-dən az enerji olduqda zaryadkaya qoyun. Bir də 90%-dən yuxarıda olduqda çıxarın. Yəni 20-90% arası olsun zaryadka həmişə. Məsələn 70-80%-dirsə siz deyirsiniz qoy yenə qoyum dolsun - baxın bu batareyaya zərərdir, gücünü və ömrünü azaldır Əgər dediklərimi etsəniz enerji 1 sutka saxlaya bilər. Amma adi normal istifadədə. Yoxsa məsələn açıb saatlarla videooyun oynayacaqsınızsa, təbii ki bir neçə saata enerji bitəcək.

Ruslan Butdayev (2012-12-07 22:55:28)
Istifade etdiyiniz telefonun ekran olchuleri kifayet edir ki enerji serfiyyatini artirsiz.. uzerine ise internet+oyun zengler smsler gelende bu boyuk muddetdir emin olun. butun boyuk olchulu smartfonlar planshetler cox zaryatka saxlamir..

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Galaxy NOTE 9

Galaxy S2 haqqında bilməm və etməm gərəkənlər

galaxy A7 zaryadka yığmır

samsung galaxy s2 gallery

Samsung Gt-s7562(S3 mini)

Ebayda etibarlı smartfon almaq