Telefonu modem kimi işlətməyin zərəri varmı?

Salam.Mən telefonumu PC suit proqramı vasitəsi ilə modem kimi işlədirəm və hər dəfə telefonu USB portu vasitəsi ilə komputerə birləşdirəndə avtomatik olaraq enerji yığmaqa başlayır.Bilmək istərdim ümumiyyətlə uzun müddət telefondan modem kimi işlətməyin telefona ne kimi ziyanı ola bilər?2ci sualım isə Azercell-in Data kartı barəsində olacaq.Eşitdiyimə görə aylıq 10 GB pulsuz trafik verilir.Sizdən soruşmaq istərdim ki,Azercell data kartını almaqı məsləhət görərdiz ya yox?Sualima cavab verəcək şəxsə öncədən minnətdarlığımı bildirirəm)))

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Anar (2012-12-08 22:30:05)
Elvin müəllim saatın məsələyə ne dəxli?)))mənim dediyim odur ki,adətən deyirlər ki,telefonun batareykası doldusa lazım deyil zaryadkaya qoyasan))

lemark (2012-12-08 18:34:07)
salam eger kompun blutusu varsa telefonu blutusla birlesdirin PC suite. ozum hal hazirda azersel datakart isledirem. raziyam heleki. sureti ise download en cox 15 meqabit olub, upload ise 4 meqabit. azersel datakart ve telefonu usb ile standart qaydada girende cox kontur cixir. qaydasini deyim. azercellde datakarti taxin soedinite basin, kilobayt 43-55 kb arasi olanda daha artmir ve yanib sonur. eger gozlesez get gede artacaq hetta siz internetden istifade etmesez. tez gorduzki 2 defe yanib sondu ve artmadi, elaqeni stop edin ve proqramdan cixin. sonra yeniden daxil olun. ve hesabinizdan artiq meqabayt cixilmayacaq. bunu etmesez 10 qiqabayt 3 gune qutaracaq. men bele edirem ve 20 gun rahat isledirem.

E. Hacı (2012-12-08 17:32:04)
Smartfon işlətmək üçündür də. Hardasa 93-94-cü illər olardı, məhləmizdə bir uşağa atası İrandan o vaxt nadir tapılan elektron qol saatı almışdı, uşaq bir az taxdı baxdı, sonra atasına dedi ki ata bunu necə söndürüm, indi istəmirəm işləsin, belədə tez xarab olacaq axı. Atası da dedi, bala saatdır da, saat elə daim işləmək üçündür, bunun heç söndürən yeri yoxdur :)

Vuska Omer (2012-12-08 13:36:40)
Anar məncə elə dolması daha yaxsıdı çünki onsuzda telin zaryadkası boşalacaq cünki istifadə olunur.

Anar (2012-12-08 12:24:55)
Bəs hər dəfə lazmı oldu olmadı batareykanın dolub boşalması ziyan deyil?

Alparslan (2012-12-08 08:16:06)
1.Bildiyim qədər , xeyr 2.Azercell datakartı konturladır . Əgər az kontur aparan saytlara girirsizsə , məsləhət görərdim . Mərkəzdə datakartın sürəti hətta , 7-8 megabayta qeder qalxır .

Vuska Omer (2012-12-08 03:36:42)
Salam məncə heç bir ziyanı yoxdu məndə əvvəllər elə işlətmişəm.qaldıki azersell modem mən məsləhət görmürəm çünki tez sərf olunur.əgərki videolara baxaceysanız vay halınıza...bu modemin orası pisdiki mütləq 10 ay aylıq verməlisən əgər verməsən 35 azn cərimələnirsən..nəsə məsləhət sizindir..