Nokia lumia 920 yoxsa Galaxy S3 ? Səbəb ilə.

Salam. Mən Nokia Lumia 920 və Samsung Galaxy S3 telefonları arasında seçimdə çətinlik çəkirəm. Deyilənlərə görə Lumia 920 daha güclü bir sistemə sahib telefondur. Sizcə Nokia Lumia 920 alım ya Samsung Galaxy S3 ?

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

E. Hacı (2012-12-11 13:49:18)
Belə yazanda sözlər sadəcə faydasız söz yığını olur. Ondansa http://www.gsmarena.com/compare.php3?idPhone1=4238&idPhone2=4967 məsələn belə bir linklə bütün müqayisəni vermək olar, sonra lazım olsa bəndlərlə təhlil etmək və öz fikirlərinizi demək. Və ən əsası təkrar edirəm ki fərqli əs-li smartfonları müqayisə edərkən parametrlər ikinci plandadır. Mən Android xoşlamıramsa mənə lap 80 nüvə, 100 ram verin,yenə digər sistem seçəcəm. Amma müqayisə eyni əs-li smartfonlardan gedirsə hə onda parametrlərdə dayanmaq olar.

pc_apple (2012-12-11 11:42:35)
Nüvədən başqa hər bir özəllikdə lumia 920 üstündür E.Hacı. əslində Snapdragon S4 elə 4 nüvəyə bərabərdir. əvvəlki şərhlərimdədə qeyd etmişəm S3-lərini satıb Lumia 920 alanların heç biri peşman deyil. Burada fanatik kimi danışılası nə varki anlamadım :) sadəcə Nokia daha üstün telefon istehsal edib , yaxın vaxtdada yəqin Samsung daha yaxşısını istehsal edər.

E. Hacı (2012-12-11 10:17:51)
Xahiş olunur fanatik şərhlər yazmayın. Belədə söhbət mənasızca uzanır. 80%? Bəlkə 81%? Riyaziyyat yalanı sevmir. Ən yaxşısı batareya,pixel,satış göstəricisi,ram,nüvə,istifadəçi məmnuniyyəti reytinqi və ya hər hansı ciddi qüsur və ya feature-dən çıxış edib və.s. digər parametrlər haqda dəqiq və rəqəmli və faktlı cavab yazmaqdır. Bunları yazmaqla sonra şəxsi münasibəti də yazmaq normal olardı

pc_apple (2012-12-11 01:38:38)
Bilirsinizmi necədir , bu Android marketində olan yüzlərlə app hamının gozünü bağlayıb , halbuki o appların 80%i gərəksiz işə yaramayan şeylərdir , yəni Android S3 işlədənlərə qəbul etmək çətin ola bilər amma Nokia lumia 920 öndədir. Google-dən əlavə məlumatlar toplaya bilərsiniz.

E. Hacı (2012-12-11 00:53:59)
Lumia 920nin maraqlı yenilikləri haqda yuxarıda da yazılıb, eləcə də S3ün bir aparat olaraq lumia920dən güclü olması faktını da. amma siz tanışlardan Android və windows phone tapın yaxşıca test edin. Hansını bəyənsəz ona uyğun smartfon da alın. Çünki bu əs-lər bir birindən xeyli fərqlidir ona görə də bu məsələni daha çox qabartmaq lazımdır seçimdə, nəinki aparat təminatı fərqlərini.

pc_apple (2012-12-10 23:40:34)
Wireless Charging (simsiz enerji qaynağı) Lumia 920ni dahada cazibədar edir :)

pc_apple (2012-12-10 23:34:05)
Nokia Lumia 920 Galaxy S3dən qat qat sürətlidir. istəyən Youtube-dən baxa bilər. Hələ kamerasını demirəm :) Windows Phone yaxın zamanda marketdə app bazasını genişləndirəcək. Mən lumia 920 almaq qərarına gəldim. Hə birdə dayanıqlılığı lap xoşuma gəldi Lumia 920nin , çox çətin cızılır.

Amil (2012-12-10 22:33:01)
Hər ikisi high-end smartfonlardır. Mən özüm Lumia 920'ni seçərdim: -Polikarbonat -Carl Zeiss Optics (hansı ki, 150 ildir mövcuddur və NASA'nın teleskopları üçün optik şüşələr hazırlayır) -Super image stabilization with miniature mechanical springs -ClearBlack Display -Super Sensitive Touch -Wireless Charging (Batereyanın simsiz enerji ilə doldurulması- əsl innovasiya)) -8.7 Maqapiksel kamera -Gözəl əməliyyat sistemi (sürətlə inkişaf edir) -Daha çox rəng seçimi -Daha gözəl dizayn və s. [şəxsi fikirlərimdir]

Namiq Bəndəli (2012-12-10 21:28:23)
Samsung Galaxy S3! Niyə? 1. Android platformasında daha geniş oyun və proqram seçimi var. 2. Flash dəstəyi var, yəni, saytlarda olan flash video və oyunları rahastlıqla telefonda açmaq mümkündür. 3 Noki 2 nüvəli prosessora malik olduğu halda SGS3 4 nüvəli prosessora malikdir. 4. Ekranı daha genişdir. 5. Radiosu var 6. Super AMOLED ekran, enerjiyə daha çox qənaət edərək batareyadan işləmə müddətini uzadır. 7. Yaddaş kartı ilə yaddaş yüksəldilə bilər. 8. Əldə tutarkən hamar kənarlarına görə ələ yatımlığı Nokia Lumia 920dən daha rahatdır. 9. Ölçüləri daha kiçik, çəkisi daha yüngüldür.

pc_apple (2012-12-10 17:32:18)
Nokia Lumia 920 öndə görsənir , youtube.comda 10,15 video izlədim Nokia Lumia920 samsung galaxy S3 u surətdə browserde və s. geridə buraxır. Türk forumlarında araşdırdım S3-lərini satıb Lumia 920 alanların heç biri peşman deyil. ölçu 130.3x70.8x10.7 ağırlıq 185 gr , ekran 4.5 duym IPS TFT PureMotion HD+ 768x1280 piksel , Qualcomm Snapdragon S4. 1.5 Ghz , ram 1 GB. Gelek esas meseleye camera: 8.7 MP PureView Carl Zeiss , avtomatik secmek , LED flash , 1080p Full HD video. , yaddas 32 gb , baglanti: LTE(4G) , NFC , WIFI 802.11 a/b/g/n, Bluetooth 3.1 , Gps/Edge, wifi direct, wifi hotstop , HSDPA , HSUPA , EGPRS . Qoruyucu ise Gorilla Glass 2 Nokia bu dəfə həqiqətən bir şey edə bilib :)

Onar Alili (2012-12-10 17:15:35)
Salam Burda hər iki model karşılaştırılıb.Hər ikisinin üstün cəhətləri qeyd edilib.

RZALI (2012-12-10 16:11:14)
http://geekaphone.com/compare/Nokia-Lumia-920-vs-Samsung-Galaxy-S-III-Quad-Core bu linkdə Galaxsy s3 daha öndə görsənir.

Nurlan Mehdiyev (2012-12-10 16:10:32)
Samsung Galaxy S3-ün üstünlükləri 4 nüvəli 1.4 GHz Cortex-A9 prosessoru (nokia-da 2 nüvəli 1.5GHz) Android əməliyyat sistemi (Nokiada Windows Phone 8) Radio Bluetooth 4.0 microSD kart yeri batareya 2100 mAh (nokia-da 2000mAh)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android telefonunu Azərbaycan dilində etmək

Kompiuter yigdirmaq ucun meslehet verin

telefonla tv birləşdirmək

Nokia 2730-a dil yükləmək

NOKİA 2600 CLASSİC KOdLARI

Screen Rotation (“Albom” – “Kitab”) problemi