Nokia Lumia 920 Artıq Mobiteldə Satışda. Qiymət sərfəlidirmi ?

Salam Mobitel artıq Nokia lumia 920 və 820 telefonlarını satışa çıxarıb. Lumia 920 - 699 AZN Lumia 820 - 555 AZN Sizcə qiymət sərfəlidirmi ?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

pc_apple (2012-12-12 21:19:00)
Xaricdə qiymət normaldır. Problem bizdədir məncə. neçə qat qiymət artırmaqa adət ediblər :) bilirlərki məcbur alacayıq. lumianin qalın olması məni elədə narahat etmir. Yəniki narahat edəcək qalınlıq deyil , özünə görə normaldır.

Amil (2012-12-12 19:55:46)
Salam. Qiymət bahadır. Mən də Lumia 920 istəyirdim, amma HTC 8X'ı test edəndən sonra fikrim dəyişdi. Ən əsası da ölçüləri kiçik olduğuna görə əldə tutmaq rahatdır. Mən şəxsən HTC 8X alacam, qiyməti də 100 manat ucuzdu.

E. Hacı (2012-12-12 18:12:56)
Təbii ki bahadır. Smartfon üçün 500+ qiymət hər bir halda bahadır. Özü də Google Nexus4ü 220 aznə buraxmaqla bu sahədə inqilab etdiyi vaxtda. Bu o deməkdir ki növbəti ildən bütün istehsalçılar məcbur qalın qiymətləri xeyli aşağı salacaq. Necə ki planşet bazarında analoji inqilabı Amazon etdi 2011də, bütün planşetlər 500-700ə ikəm 199a planşet buraxmaqla. Üstündən cəmi bir il keçib, artıq meydanda çoxsatılan bahalı planşet qalmayıb, Apple belə Mini buraxıb qiyməti 330$a sığdırdı. İndi də bu proses smartfonlarçün başladı və 2013də davam edəcək.

pc_apple (2012-12-12 17:32:07)
E.Hacı bilirsənmi necə demək istəyirəm , yəni bu telefona həmin qiymət yaxşıdır ya bahadır.

E. Hacı (2012-12-12 15:02:04)
Salam. Sualı bir qədər korrekt qoyulmayıb. Qiymət necə sərfəlidir? Büdcəsi çox olan üçün sərfəlidir, az olan üçün yox. Əgər ümumiyyətlə layiqli qiymət olub olmadığını soruşursunuzsa, təbii ki bu tip mallar ilk satışa çıxan vaxtlarda layiq olduğu qiymətdən baha satılır. Yəni ki bu baxımdan əlbəttə çox bahadır, sərfəli deyil. Təxminən 400-500 azn-lik smartfondur, hansı ki 3-5 ay sonra bu qiymətə də olacaq. Bu tip eniş digər smartfonlarda da olur, 3-6 ay çəkir adətən. Yalnız Apple məhsullarında bir az da uzun çəkir, o da keyfiyyət-qiymətə yox, sırf fanatikliyə söykənərək formalaşan qiymətlər olduğundan.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

nokia xl haqqinda məlumat

Ebaydan nokia lumia

Nokia E5.00 xəta

Şəkillər haqqında sual

lumia 820-yə türk dili necə yazılır

Nokia telefonunun təhlükəsizlik kodunu nece sındırmaq olar?