Salam.
Mən hostingə 2 domen yerləşdirmişəm.Hostinqin html_public papkasina lazım olan html faylları yerləşdirəndə hər iki domendədə görunur.Ancaq mən istəyirəmki hər bir domenə ayrı-ayrı html fayllar yükləyim.Bunun üçün mənə dedilərki hostinqdəki domains papkasındakı domenlərə ayrı-ayrılıqda faylları yükləməliyəm.Problemim isə budurki domains papkasında domenin yalnız biri var digəri yoxdur.Mən ikinci domeni həmin papkaya necə əlavə edim?(xatırladımki hostinq 5 domen qəbul edə bilir və dediyim hər iki domendə hostinqə dəqiq yönlənib)
Köməyə görə əvvəlcədən təşəkkürlər
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Salam
Cpanel daxil olun orda Add domains var ona klikləyin.
Daha sonra aşağdakı qaydada xanaları doldurun.
http://goo.gl/my4ag
0
Ele edirem sonra belə bir yazı gəlir “That domain already exists” amma yenə domains papkasına 2-ci domen gəlmir
2
Salam. 5 domen qəbul etmək 5 sayt qəbul etmək anlamına gəlməyə də bilər. 1 əsas domen + 4 parklanmış domen məntiqi də ola bilər.
Bir əsas domenin alt papkalarına yönləndirməyə çalışın digər domenləri, onda görün bəlkə alına.
Belə hostinqinizə bələd deyilik deyə dəqiq həll demək çətindir
Sual verin
Cavab verin