Hostingdə 2 domen

Salam.

Mən hostingə 2 domen yerləşdirmişəm.Hostinqin html_public papkasina lazım olan html faylları yerləşdirəndə hər iki domendədə görunur.Ancaq mən istəyirəmki hər bir domenə ayrı-ayrı html fayllar yükləyim.Bunun üçün mənə dedilərki hostinqdəki domains papkasındakı domenlərə ayrı-ayrılıqda faylları yükləməliyəm.Problemim isə budurki domains papkasında domenin yalnız biri var digəri yoxdur.Mən ikinci domeni həmin papkaya necə əlavə edim?(xatırladımki hostinq 5 domen qəbul edə bilir və dediyim hər iki domendə hostinqə dəqiq yönlənib)

Köməyə görə əvvəlcədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2012-12-18 09:34:22)
Salam. 5 domen qəbul etmək 5 sayt qəbul etmək anlamına gəlməyə də bilər. 1 əsas domen + 4 parklanmış domen məntiqi də ola bilər. Bir əsas domenin alt papkalarına yönləndirməyə çalışın digər domenləri, onda görün bəlkə alına. Belə hostinqinizə bələd deyilik deyə dəqiq həll demək çətindir

Mövlud Ahmedov (2012-12-16 15:45:08)
Ele edirem sonra belə bir yazı gəlir "That domain already exists" amma yenə domains papkasına 2-ci domen gəlmir

Onar Alili (2012-12-16 12:08:59)
Salam Cpanel daxil olun orda Add domains var ona klikləyin. Daha sonra aşağdakı qaydada xanaları doldurun. http://goo.gl/my4ag

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Limitsiz emailli hostinq

Daha məsləhətli Hostinq

Hostinq almaqda kömək lazımdır…

Webhostingworld.net saytında login problemi

WordPress saytın başqa serverə köçürülməsi

Yerli hostinqler