Nikon SLR D3200 Kit 18-55 yoxsa Canon 650D 18-55?

salamlar…mən bu iki fotoparatın arasında qalmışam bilmirəm hansı daha yaxşıdı.amma Nikon SLR D3200 Kit 18-55 meqapixeli 24.2-dir  Canon 650D 18-55 meqapixel 18-dir..indi bilmirəm hansı daha yaxşıdı..xaiş edirəm mənə bu ikisindən birin məsləhət görəsiniz hansı daha yaxşıdı deyəsiniz və niyə yaxşıdı?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Namiq Bəndəli (2012-12-21 22:40:29)
İstifadə rahatçılığı baxımından Nikon seçmək olar çünki, Nikonun interfeysi istifadəçi üçün daha rahatdır, digər üstünlüklərə gəldikdə: Nikon daha yüksək İSO dəyərlərində daha az (noise) küy verir. Bu nə deməkdir? Yüksək İSO əsasən qaranlıq vaxtlarda şəkil çəkdikdə lazımdır, yəqin ki qaranlıqdakı şəkillərdə boz nöqtələri görmüsünüz. Bax bunlar KÜY adlanır. Daha az küy, daha təmiz şəkil deməkdir.