ubuntuda hard diskə girə bilmirəm

salam öncədən təşəkkür edirəm ubuntunu windows installer vasitəsilə yüklədim amma hard diskə daxil ola bilmirəm.belə 1 cümlə yazır UNABLE TO MOUNT LOCATİON.necə aradan qaldırım bu problemi?

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

Emin Mastizada (2013-09-07 03:44:20)
Linux-a ntfs üçün driver yazmaq? Linux onsuz da bu formatı dəstəkləyir və default olaraq ntfs-3g (səhv etmirəmsə) driveri sistemdə qurulu olur.

Dia (2013-01-07 14:01:26)
orda yazılmışdıki ancaq vindovs ye aid olanlar silinecek birde mende hec bir disc secimi gekmedi bəs o falları gaytarmaq hec cürə münkün deyil? bilgisayara girirem iki disci birləşdirib 320gb göstərir ama ora girə bilmirəm

E. Hacı (2013-01-07 12:49:45)
Bəli, yəqin ki siinib. İnstall zamanı sizə təklif olunur ki hansı disk seçilsin, seçməyəndə by default bütün sistemə yazır və təbii ki hər şey silinir

Dia (2013-01-07 12:38:22)
salam məndədə həmin problem var vindovs 7-ni silməmişdən əvvəl vacib sənədlərimi d discinə köçürmüşdün indi d discini tapa bilmirəm ubuntunu yükləyəndə həmiş məlumatlar silinə bilər görəsən?

ahmed (2012-12-18 08:19:25)
Əgər sistem normal yüklənirsə, home folderə girə bilirsinizsə, deməli hadr disklə bağlı heç bir problem yoxdur. Qaldı d diskinə, bunun üçün aşağıdakı məlumatları göndərin nəsə deyə bilək. Terminal pəncərəsin yükləyin və aşağıdakı əmrlərin nəticələrini bizə göndərin: ls /dev | grep sd Aşağıdakı əmri daxil edəndə ehtiyatlı olun. sudo fdisk /dev/sda p Bir də aşağıdakı əmr mount

musarir (2012-12-17 23:39:00)
Gumankı Ntfs`li hard disk`e linux`dan görmək üçün əvvelcə onu tanıtdırmaq lazımdir .Əgər belə bir problemdirsə ilk öncə buna görə driver yüklənməlidir xatirmdə qalan qədər.

Emil Məmmədli (2012-12-17 22:28:05)
siz hard diski yenidən blmüsünüz? yəni əvvəlcə sizdə windows olub onu pozmusunuz? ubuntu yükləyərkən c d disklərini yenidən yaratdınız?

Tahir (2012-12-17 18:07:22)
sistem ugurla yuklenib,sisteme de daxil ola bilirem,proqram yuklemeye cehd etmemisem,sehf mesaji ancaq hard diske,yeni d diskine girmek isteyende verir,her hansi qovluga problemsiz girir,tekce fayllarim olan diske girmir,home qovlugunada girir..

ahmed (2012-12-17 17:26:52)
Bir balaca əlavə məlumata ehtiyac var. Ubuntu sistemi uğurla yüklənib, yəni sistemə daxil ola bilirsiniz, hər-hansı proqramları yükləyə bilirsiniz? Həmin səhv mesajı nə vaxt yaranır, hər-hansı qovluğa daxil olarkən? Home qovluğuna daxil ola bilirsiniz?

Tahir (2012-12-17 16:15:13)
yox hec bir elave disk moun elemek istemirem sadece olaraq oz hard diskime girmek isteyirem,fayllara baxmaq ve s.amaki ele bir sey yazir

Ruslan Butdayev (2012-12-17 14:30:13)
hard disk mount olunmasa ubuntu acilmaz. hard diskde hansisa logical diski mount elemek istirsiz ya ne?

Tahir (2012-12-17 11:40:56)
nolduye mənə kömək edə bilən yoxdu?xahiş edirəm mənə kömək edin.hard diskə girə bilmirəm