Notebook-un neçə bit olduğunu öyrənmək

salam. bilmək istərdim notebook-um 32bit-dir yoxsa 64bit? əməliyyat sistemi xp-dir. bunu necə öyrənmək olar?

əvvəlcədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Rufet092 (2012-12-18 00:22:56)
öyrəndim 32 bit-dir. cavablar üçün hamıvız çox sağolun.

Tarlan Umudov (2012-12-17 23:51:36)
Qardaş orda göstərilib (2Cpus) bu sizin processorun 2 nüvəli olduğunu göstərir.

Emil Məmmədli (2012-12-17 22:40:15)
2000 ci ildən sonra həm amd həm intelin istehsal etdiyi prosessorlar 64 bitlik əməliyyat sistemlərini dəstəkləyirlər. ola bilər hər hansısa istisnalar ola bilər. yəni siz rahatlıqla istənilən sistemin həm 32 həm də 64 bitlik versiyalarını yaza bilərsiniz. təbii ki ramınızın həcminə uyğun olanı.

Amil (2012-12-17 17:00:03)
Kompüter> Sağ klik> Xüsusiyyətlər

Rufet092 (2012-12-17 16:33:10)
brat baxdım ancaq processor bölümündə bunlar yazılıb: AMD Turion(tm) II P520 Dual-Core Processor, MMX, 3DNow (2CPus), 2.3GHz bit haqqında məlumat yoxdur. bunu başqa cür necə öyrənmək olar?

Tarlan Umudov (2012-12-17 10:54:21)
Salam. WINDOWS + R əmrini yerinə yetirin və açılacaq pəncərədə dxdiag yazıb ENTER düyməsinə basın. Sizə sizin noutbukun bütün məlumatı veriləcək. Processor bölümündə noutbukunuz neçə bit olduğuna baxa bilərsiz.