Eyni Wifi şəbəkəsinə qoşulmuş PC və ya notebooklar

Salam.Belə bir sualım var.Mən qonşum ilə eyni wifi şəbəkəsindən istifadə edirəm.Daha doğrusu o mənə istifadə üçün  öz wifi şəbəkəsinin şifrəsini verib və mən istifadə edirəm.Onu da bilirəm ki onun hacking-dən yaxşı başı çıxır :D.İndi qorxum odur ki,hər hansı bir yolla mənim fayllarımı ədə keçirə və ya baxa bilər?Mənim notebookuma aid bəzi informasiyaları verim: Əməliyyat sistemi: Windows 7 Anti virus: Nə dərəcədə effeklidi bilmirəm ama AVAST free antivirus versiyasini işlədirəm Windowsun öz firewallu da aktivdir Eyni şəbəkəyə qoşulu komputerlərin 1-1 ilə əlaqəsi olduğunu bilirəm ona görə narahat oldum.Zəhmət olmasa məlumat verərsiz bu haqqda.ama 100% döğru olsun :D Əvvəlcədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

13_14 (2012-12-20 23:06:27)
sadəcə düzgün axtarış kəliməsi istədim,burda yayımlanması deyil

Onar Alili (2012-12-20 15:29:08)
Qaydalar buna icazə vermir.

13_14 (2012-12-20 15:16:04)
Salam.Şəbəkədə olan ayarlarda qovluq paylaşmaqları və ya bu kimi sazlamaları passiv etmişəm.Komputerin şifrəsi çətindi,yalnız 1 user (administrator) saxlamışam.Təhlükəsizlik üçün şəbəkəni yad olaraq qeyd etmişəm.Daha qorxusu yoxdur ki? :D indi isə digər sual,Şəbəkədən istifadə edərək qonşu komputerə qoşulmanı özüm necə edə bilərəm?)Zəhmət olmasa keçid (link) məsləhət görün və ya axtarış üçün açar sözü mənə yazın axtarım.Rus,İngilis dillərində dəə olar

Onar Alili (2012-12-20 11:18:13)
Salam Onun göndərdiyi fayılları qəbul etməyin və açmayın. Şəbəkədə heç bir qovluq paylaşmayın. Komp.`in şifrəsini güclü edin.(simvol,hərf,rəqəm ibarət uzun şifrə olsun məslən: "(364a:f5+ ) Komp.`də olan digər istifadəçiləri silin vəya onlarada eyni şəkildə güclü şifrə qoyun.