Hansı proqramlaşdırma dili elə evdə oturarkən mənə pul qazanmağa imkan verər?

Mənə evdə oturarkən pul qazanmaq istəyimdə kömək etsəniz çox şad olaram.BDU-nun Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin Kompyuter Elmləri ixtisasında I kurs tələbəsiyəm.Veb proqramlaşdırma dillərinə aid yazmamanızı sizdən xahiş edirəm.Əvvəlcədən minnətdaram...........

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Heyder (2012-12-22 02:50:16)
Təşəkkür edirəm...

Heyder (2012-12-21 16:26:18)
Onar Alili sizə minnətdaram...

Cabbarov Sübhan (2012-12-21 16:21:59)
2-3 aya heç bir proqramlaşdırma dilini öyrənmək olmaz. Bəli C# ilə də qazanmaq olar. Mənə elə gəlirki bu səhəni pul qazanmaq üçün öyrənirsizsə öyrənə bilmiyəcəksiz, həvəs varsa öyrənin

Onar Alili (2012-12-21 16:21:17)
ASP.NET ilə web üçün yazmalısız.Yuxarda web üçün yazmamağımızı xahiş etmisiz. C# ilə Windows Phone üçündə tətbiq yazıb online sata bilərsiz.

Heyder (2012-12-21 16:18:37)
Çoxsağolun. Mən 2-3 aya öyrənə biləcəyim bir dilin adını eşitmək istərdim.C#-la pul qazanmaq mümkün deyil?

Heyder (2012-12-21 16:14:47)
Çoxsağolun.Bəs ASP.NET-in köməyi dəyə bilər?

Cabbarov Sübhan (2012-12-21 16:13:57)
Bütün proqramlaşdırma dili ilə evdə oturub pul qazanmaq olar. Bu sizin iş imkanlarınıza baxır

Onar Alili (2012-12-21 16:02:17)
Salam Java (Android) və ya Objective-c(Apple məhsulları) dillərini birini bilməklə tətbiq yazıb sata bilərsiz.