Kerio Control 7 – Şəbəkə kartı problemi

Windows Server 2008 proxy serverə Kerio Control 7.3 qurulub, Ana kartın üzərindəki şəbəkə kartı interneti qəbul edir və Kerio, əlavə şəbəkə kartı ilə Lokal şəbəkəyə ötürür. Hər şey normaldır, trafik idarə edilir və s. Ancaq bir maraqlı problem var. Gün ərzində bir və ya iki dəfə əlavə şəbəkə kartının qırmızı işığı yanır, təbii ki Kerio heç bir internet ötürmür və şəbəkədə internet olmur. Bu zaman kerio olan kompüterə ping də getmir, mstsc ilə də qoşulmaq olmur. Ancaq kompüteri açıb problemin nədə olduğuna baxmaq istədikdə şəbəkə kartının işləmədiyi haqda nə Kerio nə də sistemin məlumatı olmur, onlara görə hər şey normaldır və hər şey işləyir. Şəbəkə kartını dayandırıb yenidən işə saldıqda da problem düzəlmir. Çarə restartdır!
Şəbəkə kartının driveri yenidir, bundan əvvəl sistemdə Keri 6 olduğu zaman problem çıxarmayıb.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Namiq Bəndəli (2012-12-23 14:33:28)
Problem həll olundu. Problem, Əvvəlki (versiya 6) versiyanın konfiqurasiya fayllarını (*.cfg) yeni versiyaya inteqrasiya etdikdə əmələ gəlmişdi. Köhnə winroute.cfg faylında şəbəkə kartlarının tanınma İD-ləri silinməli və yaddaşa yazılmalıdır. Yeni Kerio şəbəkə kartlarını tanıyıb yeni İD verir və həmən fayla yazır.