Google fontlarında UTF-8 problemi

Salam. Mən google fontda olan Azərbaycan şiriftlərini dəstəkləyən bir neçə font tapmışam, ancaq bu fontları css ilə işlətmək istəyəndə nədənsə Azərbaycan şriftlər görünmür. Halbuki Google özü qeyd edir ki simvol paketində ə və sair həriflər var. Bəlkə mən səhv istifadə edirəm. Məlumatı olanlar köməklik etsin. Məsələn: <link rel="stylesheet" type="text/css" href="http://fonts.googleapis.com/css?family=Open+Sans"> p { font-family: 'Open Sans'; font-size: 14px; }

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2012-12-26 13:54:03)
Bunun üçün bu saytda KOD TEQİ var, lütfən ondan istifadə edin. Cavab isə aydındır, təşəkkür.

Cabbarov Sübhan (2012-12-26 00:47:49)
Hacı diyəsən sayt html kodlarıni qəbul etmədi. qısaca href yeri belə olur: http://fonts.googleapis.com/css?family=Raleway+Dots&subset=latin-ext

E. Hacı (2012-12-24 14:39:45)
Necə yəni?

Cabbarov Sübhan (2012-12-24 10:45:43)
Problemin həllin tapdım. Fontu çağıranda latin-ext simvollarıbı da daxil etmək lazım imiş.

E. Hacı (2012-12-23 01:15:37)
Salam. Font ümumən yansıyırmı sayta? Yəni bu fonta aid kodu silib yazanda fərq hiss edilirmi saytdakı hərflərdə?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google Adsense

Hal-hazırda “YouTube” Kanal’ından gəlir əldə etdikdə Azərbaycanda nə qədər Rüsum (Vergi) ödəməliyəm?

UTF-8 problemi

Google Reklamları yoxlayıb tesdiq etmə

Samsung j3 pro ya proqram yuklenmir

AdMob nə zaman işə düşür?