Salam. Komputerim şəbəkəyə qoşulub, yalnız onun ip adressində internetə çıxış var, 2 ədəd virtual maşın qaldırmışam VirtualBox-da. Onlar NAT ilə qoşulur interntə, amma mən istiyirəm ki onlara localdan da putty ilə qoşula bilim. NAT edəndə onlardan hər ikisi 10.0.2.15 – ip adressini alır. Hər ikisi eyni parametrdə olan CentOS -dur.
VirtualBox ilə işləyən, başı çıxan varsa kömək etsin.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
Özüm həll etdim.
VirtualBoxda Centos -lara 2 ədəd şəbəkə kartı sazlanılmalıdır.
1-cisi NAT, 2-cisi HostOnly Adapter
Sonra Hər iki virtual maşında standart dhcp parametrdə eth1 faylı yaradırıq. (təbii ki, eth0 -ın yanında)
Sonra isə ifconfig eth1 up komandası veririk və service network restart komandası veririk.
ifconfig edib parametrlərə baxırıq, 192.168. -ilə olan ip-lərə komputerimizdən putty ilə qoşula bilərik.
Virtual maşınlardan da interneti yoxlayırıq- məsələn: ping www.az , hər şey işləyir 😉
0
Hə bir də yadımnan çıxmışdı az qala, hər iki virtual maşında eth1 -in paranetrləri belə olmalıdır:
DEVICE=”eth1″
BOOTPROTO=”dhcp”
HWADDR=”2ci şəbəkə kartının mac adressi”
NM_CONTROLLED=”yes”
ONBOOT=”yes”
TYPE=”Ethernet”
UUID=”ea707a32-cee6-4386-891e-fe9e8b656b66″
Sual verin
Cavab verin