Windowsdan Linuxa keçsəm fayllarım silinməz?

Salam.Windowsdan Linuxa keçmək istəyirəm.Windows məndə C diskindədir.D və E disklərində isə mahnılar videolar və s. var.Eşitdiyimə görə linuxda C D E və s disklər belə hissələrə ayrılmır.İndi sualım belədir ki C diskində olan Windowsu silib yerine ubuntu yazsam D və E diskindəki fayllarım silinməz?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

fightclub_husen (2012-12-25 14:36:50)
Cavablariniz uchun tesekkur edirem.birde men Azide elektrik muhendisliyi ixtisasinda oxuyuram.gelecekde is axtararken ixtisasimin kompyuter muhendisliyi olmamasi menim uchun bir problem yaratmaz?

E. Hacı (2012-12-25 09:56:20)
Yo çıxmır. ən yaxşısı siz öncədən disklərinizin tutumunu və nə qədərinin dolu olduğunu yadınızda saxlayın, Linux installı zamanı disklər partition adı ilə ekrana çıxanda bu yaddaş tutumlarından asanlıqla tanıyacaqsınız ki hansı disk hansıdır. Həm də səhv etmirəmsə elə C,D,E... ardıcıllığı da qorunmuş olur orda siyahıda. Yəni çaşmaq ehtimalı az. Karyera baxımından isə təbii ki faydası var. Ümumiyyətlə professional İT sahəsinin default OS-u Linux ailəsinə mənsub olur adətən. Mac bu sahəyə aid deyil, sırf istifadəçi üçündür, eləcə də Windows ancaq enduser lər və .NET platformasında çalışanlar üçündür. Digər professional sahələrdə Linux daha populyardır. Məsələn serverlər, mobil əməliyyat sistemləri, avtomatika və.s. Siz Linuxu və onun daxilində olan Unix sistemlərini öyrənmiş olsanız, çox geniş bir sahəyə açılmış olacaqsınız. Yəni məsləhətdir.

13_14 (2012-12-25 02:38:30)
Linuxu istifadə məqsədli öyrənirsinizsə kariyera haqqında fikirləşmiyin.Mükəmml dərəcədə öyrənirsinizsə illərivizi xərcləyib bəhrəsini görmək istəyirsinizsə,buna dəyər.Artıq bəzi xarici şirkətlər Azərbaycanda dilerlərini açırlar və linux sistemini ideal dərəcədə bilənlər dəvət olunur.Və ya android sistemini da öyrənə bilərsiniz-bu daha məsləhətdir

fightclub_husen (2012-12-24 20:17:05)
Elvin müəllim cavabınız üçün təşəkkür edirəm.Əgər C,D,E disk adı ilə olmursa fayları qruplaşdırarkən bir qarışıqlıq çıxmır? Birdə linux öyrənməyin gələcəkdə karyera baxımından faydası var?

E. Hacı (2012-12-24 18:53:30)
Salam. Xeyr hansı partitiona yazırsınızsa ora da silinir, o birilər qalır. Amma ehtiyatlı olmaq lazım, belə ki install zamanı susmaya görə tam format təklif edir, siz onu dəyişib istədiyiniz diski seçə bilərsiniz. P.S. Linux-da C,D,E... və.s. olur amma partition adı ilə, disk adı ilə yox.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Physical Memory Usage dolub?!

Linuxda ad-hoc şəbəkə yaratmaq

Linux’a keçmək istəyirəm məsləhət verin

Ubuntu unicode problemi

Evdə Web Server qurmaq ?

Ubuntuya program yazmaq