IP məsafəyə uyğundur mu?

Salam.Sualım belədi ki, məsələn mənim İP-im 46.22.230.130-dusa, bu o demekdi ki eyni provayderdən olan ən yaxın başqa internet istifadəçisinin İP-si 46.22.230.131 (və ya son 3 rəqəmə  yaxın) olacaq? yəni bu rəqəmlərin məsafəylə uyğunluğu var ya yox?Əgər qonşum da mənim provayderimdən işlədirsə modemi eyni zamanda işə salsaq İP-lərin yaxın olma ehtimalı var?və yaxud başqa başqa zamanlarda modem işə salınsa bu İP məsafəyə görə uyğun olur mu? QEYD: Söhbət DİNAMİK İP-lədrdən gedir

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Ruslan Butdayev (2012-12-28 17:23:00)
Yox. IP adressin mesafeye hec bir dexli yoxdur. Mueyyen araliq secilir IP uchun .meselen: 172.27.30.5 - 172.27.30.100 E QEDER ip vere biler ve qoshulma ardicilligina gore ip siralanir. burada lease time ve s. kimi hallar var. lease time ip addres verende hansi mac adrese verirse o adres uchun vaxt ayrilir ki filan muddet erzinde bu ip addres bu MAC addrese aiddir. Yeqin ki basha sala bildim.