Domen seçimində kömək: .com yoxsa .az ?

Salam.Mənə təcili kömək lazımdır.Domen seçimində daha doğrusu domen sonluğu. site.COM yoxsa site.AZ   Hansını məsləhət görərdiz? sayt biznes saytı olacaq.Biznes şirkəti haqqında yox , net biznes məqsədli P.S gözümdə bir şey durub: nt.az-dan domen almağa adam peşman olur.elə gözəl qarşılaryırlar ki adamı :D ele bil polis işçiləridi ))   Zarafatsız,hansını məsləhət görərdiniz.Sayt ciddi sayt olacaq.Ucuz .com almaq məsləhətdir ya bahalı .az ?Sayt adı bir defe seçilir deyə ciddi seçimdir.server deyil ki hər ay dəyişəsən xoşuva gəlməyəndə.Fikirlərivizi gözləyirəm.Daha cəlb edici,ciddi və ya necə deyim bilmirəm hansını yaşxı olar?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

business (2012-12-31 11:01:47)
Ruslan,ən ideal cavabı verdiniz amma iş beledir ki istediyim domen adı həm .com həm də .az -da yoxdur yeniki com uchun site1.com boşdur az üçün site.az boşdur Hələ ki com alım gələn ildən digərlərini alıb pereadresaciya eliyerem milleti oyreshdirerem)

Ruslan Butdayev (2012-12-31 01:05:33)
artiq o qizlari gormeyeceksiniz gelen ilden )) qulagima 1 2 mesele chatib deyesen gelen ilden artiq elektron olacaq ) sayti bloklamaga gelende ise domain basha yerde olsa bele NS lere blok qoya bilerler olkeden girish baglanacaq )) neyse bu bashqa movzudu )) Demeli 40 AZN e az domaini alirsizda +10$ hec de boyuk mebleg deyil)) ona gore ele iksini de alin bir defelik))

business (2012-12-30 20:42:13)
çox sağolun sizin cavabınızlaTural bəyin dediyini başa düşdüm.Bunu bilirəm artıq.Sualımda da qeyd etdiyim kimmi zəhləm gedir o qizların sifətindən!

Emin Rəhmanov (2012-12-30 20:40:17)
Com domenini almaq üçün internet və onlayn ödəniş etmək üçün hər hansı bir vasitə kifayətdir ki 1 dəqiqə ərzində sənin domainin aktiv olsun. Ama .az domainində isə bu problem olaraq qalir. Ən azı 2-3 gün vaxt sərf etməlisən 2 dəfə NT ofisinə getməlisən, çox qarmaqarışıq və lazımsız bir form doldurmalısan və.s. Mən sizin yerinizdə olsam ilk öncə com domenini qeyd edərdim. sonralıqca ən azından işin daimi və az da olsa gəlir gətirdiyini görəndən sonra digər domenlərə keçərdim.

business (2012-12-30 20:19:43)
Tural bəy,sağolun cavabınız üçün amma ki `.az domeni isə hələki bu problemi həll etməyiblər.` bu cumlenizi başa düşmədim.ödəmənin .az domeni ilə nə əlaqəsi?

Tural Əlisoy (2012-12-30 20:02:12)
mən .com seçərdim. ən azından online alma və ödəmə var. .az domeni isə hələki bu problemi həll etməyiblər. əgər işlərinizi onlayn görməyi sevirsinizsə, .com alın

business (2012-12-30 19:35:52)
Emin yaxçı fikirdir amma o qədər pul hal hazırda çətiin tapım.İş ciddi və İnşallah daimi olacaq.amma bu işə o qədər pul qoymağa hal hazırda imkanım yoxdur.Qazancı da müəyyən etmək çox çətindir.Ona görə hal-hazırda qalmışam .com ypxsa .az . Google-da axtarış etdim belə bir şeylə rastlaşdım.az domenini dövlət istənilən vaxt blok edə bilər.bu məni qorxudur.çünki saytdan istifadədən hamı cürbəcür məqsədlə yararlana bilər.Və bu menim saytımda mövcud ola bilər.Ona gğrə qorxuram.Düşünürəm .com açım , 1-2 aya yoxlayım işlər yaxşı getsə az domenini de alaram.necə məsləhətdir? menim özüm azərbaycan servisleri üçün az domenin tərəfdarıyam.amma ağlımda olan bu kimi fərqlər hələ ki dalaşırlar.görək kim döyəcək ))Köməyinizi əsirgəməyin

Emin Rəhmanov (2012-12-30 19:15:19)
Salam. Əgər ciddi və daimi bir proekt olacaqsa, yalnız o saytın adı çəkiləndə təkcə siz gözönünə gəlmək istəyirsinizsə və gələcəkdə sırf o adla sizə heç bir rəqib olmamasını istəyirsinizsə hər 2 domeni qeyd edin. Yaxşı olarki ümumiyyətlə məşhur domenlərin hamısını qeyd edəsiniz. Ən azından Az,Com,Net,Org,İnfo.

Onar Alili (2012-12-30 18:37:36)
Salam Komersiyya məqsədi üçün .com domain istifadə olunur əksər vaxtlarda.Bir çox şirkətdə .com domain seçir.