Iphone 3gs At&t Bakıda işləyəcək?

Hər kəsə salam! Mən ebaydan iphone 3gs at&t versiyası aldım, amma sonra internetdə oxudum ki, bəs at&t versiyaları Bakıda işıəmir. Satıcıdan soruşdum, dedi ki, unlocked versiyasıdır. Görəsən bu telefon burda işləyə bilər?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

İsgəndər Cəfərov (2012-12-31 03:39:03)
kMəlumata görə çox sağ olun. Satıcı ilə danışdım, mal hələ yola çıxmadığınq görə az öncə pulumu geri qaytardı :))) indi yenidən iphone alanda satıcıdan necə soruşum bunu? yəni rəsmi olub olmadığını

Ruslan Butdayev (2012-12-31 01:10:37)
:))) eget At & T logosu varsa demeli sifarish hemin operatora aiddir.. Amma ... Resmi unlocked var. eger resmi olaraq edilibse OS update ve s, olanda hech bir problem yashamayacaqsiz.. yox eger bezi leqal olmayan usullarla edilibse update elesnez bloka dushecek telefon.. Melumatiniz olsun!

İsgəndər Cəfərov (2012-12-30 21:12:59)
Bəli həqiqətən çox maraqlıdır. görüm də, gəlib çıxsa baxıb deyəcəm

İsgəndər Cəfərov (2012-12-30 21:11:48)
Ay çox sağ olun. Heç olmazsa bir az ümidləndirin məni :)))) o qədər pul vermişəm hayıfdıı :))))

nicat1616 (2012-12-30 19:34:11)
menim dostum ebaydan HTC vivid aldi at&t amma gencede isleyir

E. Hacı (2012-12-30 18:31:15)
Unlocked o deməkdir ki, bəli bizdə də işləyəcək, hansısa operator bağlılığı yoxdur. Amma AT&T də o deməkdir ki, Locked-dir. Paradoks bir sözlə. Gəlib çıxsın, yoxlayıb deyərsiniz necədir vəziyyəti

İsgəndər Cəfərov (2012-12-30 17:06:12)
Bəs yaxşı onda unlocked nə deməkdir? Unlocked olunub axı. Onda unlocked nə işə yarayır? Nə üçün ediblər unlockedi? İnternetdə oxudum ki, AT&T telefonlarına belə unlocked edərkən başqa GSM-lərdə işləyir.

thebrave (2012-12-30 16:07:03)
İsgəndər Cəfərov , bu bir şirkətin sifarişi ilə düzədilmiş telefondursa , ona ancaq nəzərdə tutulmuş nömrə daxil edilməlidir . Bizdə belə şey olmasa da , məsələn , türkiyədə var : Avea , Vodafone ...

İsgəndər Cəfərov (2012-12-30 12:14:33)
Bəs satıcı dedi axı ki, telefon unlockeddir. qiymət heç də ucuz deyildi. digərləri ilə eyni idi.

E. Hacı (2012-12-30 11:29:33)
Salam. Təəssüf ki yox. Çünki Azərbaycanda AT&T adlı mobil operator yoxdur. Siz onu alarkən qiymətinin ucuzluğu sizə qəribə görünmədimi?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

iphone üçün proqram və oyunlar saytı

Aliexpress Refurbished Original Iphone 5C 32GB unlocked.

ebay- dan iPhone almaq

İphone Tacikistan

PayPal Azərbaycan nümayəndəliyi varmı?

iPhone-da iMessage