telefon seçimi

Salam mən təxminən 200-350 manat arası bir telefon almaq istəyirəm.Fikrimdə tutduğum Nokia Lumia 710-dur, amma sizində fikrinizi bilmək maraqlı olardı.Əsas fikir verdiyim xüsusuiyyətlər meqapixelin yuxarı olması, işığının olması(şəkil və ya kamera üçün) .Bir sözlə normal parametrləri olsun.Fikir bildirən hər kəsə əvvəlcədən təşəkkür

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Amil (2013-01-01 17:45:53)
Bir şeyi başa düşmədim ki, Windows Phone almaq niyə məsləhət deyil. Düzdür, WP7.* smartfonlarını indi almaq düzgün olmaz, ən azından yeniləmək mümkün olmayacaq, amma Windows Phone 8 düşündüyünüz qədər də pis deyil. Hə, birdə Computex-dən almağı heç məsləhət görməzdim. Saxta malları soxuşdururlar.

Tarlan Umudov (2012-12-31 12:39:25)
Salam. Üumiyyətlə Windows telefon almaq fikrimcə məsləhət deyil. 8 mp olması da şərt deyil. Samsung s7562 galaxy s duos fikrimcə daha yaxşı seçimdir. Android 4.0 ilə təchiz olunub. Daha ətraflı buradan baxa bilərsiz. Computexdə qiyməti 329 AZN

Amil (2012-12-31 09:34:02)
Fikrinizdə tutduğunuz telefonu WP8 əməliyyat sisteminə yeniləyə bilməyəcəksiz. Ona görə də heç məsləhət deyil.

Cabbarov Sübhan (2012-12-31 00:50:25)
Nokia telefonlarını almağı heç məsləhət görməzdim. Sony Xperi P super telefondu. 8MP şəkil, Andoird əməliyat sistemlidi. 320 manatdı. Burdan ala bilərsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mobil Telefon seçimi

telefon seçimi huavei yoxsa samsung?

telefon seçimi

Telefon seçimində kömək lazımdır.

HTC SENSATİON XE yoxsa samsung S4mini

Sony Xperia L haqqında