Bəzi İT terminlərin tərcüməsi

Salam cənablar,bu terminlərin Azərbaycan dilinə tərcüməsinə ehtiyacım var,nə olduqlarını bilirəm sadəcə olaraq onları bizim dildə ifadə etmək üçün hansı sözdən istifadə etmək lazım bilmirəm,əslində çox asan terminlərdi və ümid edirəm tezliklə kömək edəcəksiz,köməyinizə görə minnətdaram.
default

backup

cloud backup

preferences

donate

schelude

upload

conservation

attachment

clipboard

browse

troubleshoot

logging

error

XSL tag

notification

disclaimer

encrypt

thread

duplicate

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ömərov (2013-02-12 07:50:45)
Təşəkkür edirəm Hacı bəy,uzun müddət idi ki profilimi ziyarət etmirdim,buna görə indi cavab yazıram sizə,sağolun.

E. Hacı (2013-01-01 11:07:25)
Salam. Maraqlı və tərcüməsi çox çətin terminlərdir. Eləsi var ki optimal tərcümə mövcud deyil sadəcə, eləsi də bir sözlə ifadə olunmur. Cəhd edim: default-başlanğıc (amma "susmaya görə" işlədilir hazırda bizdə) backup - ehtiyat nüsxə cloud backup - Bulud serverdə ehtiyat nüsxə preferences - Seçimlər donate - ianə, dəstək schedule - Planlama upload - Serverə yükləmək conservation - qoruma, mühafizə (əgər conversation yazmaq istəmişdinizsə, o halda ünsiyyət) attachment - qoşqu fayl, qoşma fayl clipboard - müvəqqəti yaddaş browse - baxış troubleshoot - nasazlıq logging - bəlkə log in? hesaba daxil olmaq. error - xəta XSL tag - XSL teq notification - bildiriş disclaimer - imtina encrypt - şifrləmə thread - düzüm duplicate - nüsxə çıxarmaq

Cabbarov Sübhan (2012-12-31 17:45:50)
http://azerdict.com/

Tural Əlisoy (2012-12-31 17:03:18)
Salam. Ümid edirəm bu sayt sizə yardımçı olacaq http://en2az.net