Auslogics BoostSpeed , Advanced SystemCare və bu kimi proqramlar haqda

Salam . Xahiş edirəm ki , dəqiq bilən cavab yazsın . Mən bu cür proqramlar haqda biraz araştırma apardım .

Həqiqətən xeyri olur (junk files-ləri silməkdən başqa)

. Bəs siz bunlardan:

hansını işlərdirsiz ?

hansını daha çox bəyənirsiz ?

hansını almağı məsləhət görərdiz ? ( qiymətin dəyəri vacib deyil )

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

bakinet (2013-01-01 12:51:08)
elə bu proqramları yükləməkdənsə kompyuterin özündə olanlardan-o cümlədən diskcleanup,disk defragment-den istifade edin.Birdə ccleaner yükləyə bilərsiniz istifadəsi asandır.Buyurun burdan yükləyə bilərsiniz http://download.cnet.com/CCleaner/3000-18512_4-10315544.html

Tarlan Umudov (2013-01-01 11:34:31)
Salam. Auslogics BoostSpeed , Advanced SystemCare, CCleaner, Windows Doctor və s. bu kimi programlardan istifadə etməsəz daha yaxşıdır. Bu kimi programlar sizə elə gəlirki sizin kompyuterinizi daha istifadəyə saz vəziyyətdə saxlayır amma əslində heç də elə deyil. 2-3 il əvvəl məndə bu kimi programlardan istifadə edirdim amma hər 2-3 aydan bir kompyuteri format elətdirmək məcburiyyətində qalırdım. Artıq 2 iki ildir ki, kompyuteri almışam və heç bir yuxarıda adlarını sadaladıqım programları yükləməmişəm. Və bu 2 il ərzində heç bir dəfə də format etməmişəm kompyuteri. İşləməsinə də söz ola bilməz. Yaxşı olardıkı kompyuterinizi artıq programlarla yükləməyəsiz. Prefetch, temp qovluqlarını arada təmizləmək daha yaxşıdır. Lisenziyalı windowsdursa yeniləmələri vaxtaşırı yükləyin kompyuterin işləməsində heç bir problem olmayacaq.