Dropbox haqqında

Hamını yeni il və həmrəylik günü münasibətilə təbrik edirəm. Sualım Dropbox haqqındadır. Dropbox proqramını komputerimə yükləmişəm. Bu sayt etibarlıdırmı? məşhurdurmu? Yəni qısası bu dropbox haqqında nə bilirsinizsə zəhmət olmasa yazardız... Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Karol (2013-01-03 13:33:49)
Cox Sagolun :)

Amil (2013-01-01 17:53:39)
Vacib deyil ki, Dropbox'u kompüterinizə yükləyəsiniz. Əgər buluddakı fayllarınızı kompüterlə sinxronlaşdırmaq istəmirsinizsə, o halda web üzərində də işlədə bilərsiz. Bunun üçün sadəcə dropbox.com-da hesabınıza daxil olmaq tələb olunur.

E. Hacı (2013-01-01 16:01:36)
Əgər kompüterinizdə Dropbox qurulubsa və Sinxronizasiyanı söndürməmisinizsə, bəli kompüterdə Dropbox papkasına nə yazsaz o düşəcək Dropbox serverinə, və tərsinə, Dropboxa nə yazsaz düşəcək kompa

Karol (2013-01-01 14:58:58)
Cavablarınıza görə minnətdaram. Keçiddən anladığım qədərilə Dropbox yükləyəndə Oz dropboxuma nə yükləmişəmsə həmin fayllar komputerimə yazılır?

thebrave (2013-01-01 14:01:22)
Onlayn yaddaşdır . Proqram formasında komputerinizə yazıb ordanda idarə edə bilərsiniz . Pdf , word , prezentasiyaya elə saytın özündə abxa bilərsiniz. Hətta musiqilərə də saytda qulaq asa bilərsiniz . Digər müsbət cəhəti dropboxdakı faylınızı facebookda rahat paylaşa bilərsiniz . Məsələn : hər hansı bir dosyanız var və dropboxda da qoymusunuz . facebookda qrupda dosya paylaşmaq istəsəniz , upload üçün gözləməyə dəyməz elə dosya yüklə sözünə klik edəndə dropbox-dan sözünə klik edib rahat paylaşmaq olar .

E. Hacı (2013-01-01 10:53:37)
Salam. Dropbox və oxşar xidmətlər haqda burda ətraflı yazmışdım: http://e-haci.net/2012/08/14/buludlara-koc/ Məşhurluq və etibarlılığa gəldikdə, hazırda Dropbox bu sahədə populyarlığa görə birinci yerdədir, 100 milyondan çox aktiv istifadəçisi var. Rəqibləri Microsoft SkyDrive və Google Drive kimi nəhəng şirkət məhsulları olsa da. Etibarlılıq isə hər birində kifayət qədər yüksək səviyyədədir.

Onar Alili (2013-01-01 10:38:20)
Salam Bəli etibarli və məşhurdur.Alternativ olaraq Google Drive `da istifadə edə bilərsiz.Hər iki servisdə etibarlıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

dropbox disk tutumu

Dropbox etibarlıdır?

Dropboxda qeydiyyatdan sonra mənə 18GB vermədi

İnternetsiz Yaddaş verən Sayt,proqram dropbox kimi

1 kompyuterdə 2 Dropbox.

Dropbox haqda