Factory unlocked və unlocked

Hər kəsə salam. amən bilmək istərdim ki,unlo iphone telefonlarında factory unlockedlə unlocked arasında nə fərq var? Yəni telefon alarkan bunların hansısa biri olmağına fikir vermək lazımdır?

Verilmiş cavablar və yazılan şərhlər (15 cavab var)

İsgəndər Cəfərov (2013-01-02 22:31:06)
Məlumata görə çox sağ olun.

Tarlan Umudov (2013-01-02 22:01:57)
Qardaş o kodları hamıya satmırlar. Bunun üçün əlbətdə hər hansısa tələblər var. Yuxarıda deyildiyi kimi telefonu factory unlock etmək hüquqi səviyyədə olan şeydir Amerikada buna görə də Apple o kodları açıq satışa çıxarmır.

İsgəndər Cəfərov (2013-01-02 21:54:33)
Düz deyirsiniz. Amma onda o kodları nə üçün satırlar?

E. Hacı (2013-01-02 17:59:06)
Özünüz düşünün, əgər rəsmi belə bir şey mümkün olsa kim alar baha qiymətə unlocked? Locked-ı unlocked etmək hüquqi səviyyədə olan şeydir, USA-da, çünki müqavilə ilə satılır

İsgəndər Cəfərov (2013-01-02 15:18:52)
Bunu bilirəm. Məlumata görə çox sağ olun. Amma mən deyirdim ki, maddi durum vəziyyətinə görə birdən belə mümkün olmasa, mən müqaviləli ucuz iphone alıb, sonra da appledən rəsmi kodlar alıb telefonu şəxsən özüm Bakıda factory unlock edə bilərəm? Rəsmi yolla.

Tarlan Umudov (2013-01-02 12:54:52)
Belə deyək, Apple şirkəti özü factory unlock olunmuş iPhonlar da satır. Siz məbləği bir az artıq edib unlock olunmuş telefon ala bilərsiz, bu məbləğ yenə də Bakıdakı satış qiymətindən çox ucuz olacaq. eBayda hal hazırda 16GB factory unlock olunmuş iPhone 5, 569 dollara satışdadır.

İsgəndər Cəfərov (2013-01-02 02:42:32)
Onda, mən müqavilə ilə yəni Amerikada At&t ilə müqaviləli iphone alıb, sonra da 39 dollara appledən kodlar alsam, o telefonu mən burda özüm factory unlocked edə bilərəm?

Tarlan Umudov (2013-01-02 00:17:57)
Mənim bu haqda heç bir məlumatım yoxdur. Bilirəm ki Apple bu kodları 39 dollara satır bir telefon üçün. Və bu kodun verilməsi də 5-10 gün ərzində verilir. İnanmayın belə şeylərə.

İsgəndər Cəfərov (2013-01-01 23:47:20)
Məsələn, bunu nəzərdə tuturam. Bir baxın: http://www.ebay.com/itm/Factory-Unlock-Code-Service-for-AT-T-USA-Apple-iPhone-4-4S-3G-3GS-Permanent-/261098323374?pt=LH_DefaultDomain_0&hash=item3ccaac3dae

İsgəndər Cəfərov (2013-01-01 23:40:04)
Özüm edə bilərəm bu factory unlockedi? Bu ebayda factory unlock kodları satılır. 2-3 dollara. Bəs onlar nə üçündür?

Tarlan Umudov (2013-01-01 23:01:07)
055 5216570 bu nömrə ilə əlaqə saxlayın. Soruşun onlar sizin istəfiyiniz versiyanı facory unlock edirlərmi? Əgər mümkünsə qorxusu yoxdur. Factory unlock Apple şikətinənin hesabına müəyyən qədər pul yatırmaqla başa gəlir. Belə ki, siz onlara telefonun İMEİ kodunu göndərirsiz və onlarda sizə telefonun factory unlock olunmasını bərpa edirlər. Bunu Bakıda 80-100 manat qarşılıqında edirlər.

İsgəndər Cəfərov (2013-01-01 22:45:44)
Çox çox təşəkkür edirəm sizə. Yaxşı ki, qlmqdım telefonu. Məni vaxtında xəbərdar etdiniz.

Tarlan Umudov (2013-01-01 22:42:35)
Elədirki var. Cydia ilə unlock olunmuş telefon almanızı məsləhət görmürəm.

İsgəndər Cəfərov (2013-01-01 22:40:36)
Məlumata görə çox sağ olun. Ebayda bəzi satıcılar mənə deyirlər ki, telefon cydia ilə unlocked olunub. Cydia ilə unlock olunan telefonlar deməli qeyri qqnuni yollarla olunub. elədirmi? bu isə telefonun ios versiyasının yüksəldilməsinə mane olur. düzdür?

Tarlan Umudov (2013-01-01 22:33:00)
Salam. Factory unlock o deməkdir ki, telefon Apple şirkəti tərəfindən digər ölkələrdə istifadə olunması üçün, adında da göründüyü kimi şirkət tərəfindən unlock (şifrə sındırılmış) olunub. Bu ən sərfəli seçimdir. Əgər iPhone almağı düşünürsüzsə sizə məsləhətim 100 AZN baha da olsa factory unlocked alın. Sadəcə unlocked isə bir çox üsüllarla olunur (gevay, jailbreak və programlar vasitəsi ilə) bu isə məsləhət olunmasa da bir çoxları bu üsuldan da istifadə edirlər amma nəzərinə çatdırım ki, bu qeyri-qanuni üsuldurdur. Jailbreak vasitəsi ilə dedikdə telefona Cydia programı yüklənilməsi ilə edirlər və yalnız bir nömrə üçün. (bu bir çox hallarda Apple şirkəti tərəfindən araşdırılır və bağlanılır və bununla da sizin unlocka verdiyiniz pul batır), Gevay isə xüsusi sim kart yerinə eyni amma başqa bir əvəzedici kimi taxılır və bununla nömrə istifadə olunur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amerikada alınmış iPhone 5 Azərbaycanda

Ebaydan alinan tablet

blackberry z30 factory reset problemi

Unlocked yenilenmis telefonun IMEI Qeydiyyata ehtiyacı var?

Nexus 5 from US