Hansı framework ?!

Proyektlərdə hansı php framework istifadə etməyim yaxşıdır ? Daha çox hansı  istifadə olunur ?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

unix (2013-01-30 14:36:38)
framework Laravel yeni framework ve mence bu vahta geder php frameworklari arasinda en yaxsisi istifade etdikden sonra ozunuzde anlayacaqsiniz

Master (2013-01-04 00:51:28)
Kohana fw haqqinda ne deye bilersiz ?

Master (2013-01-03 21:09:54)
Cavabınıza görə təşəkkür

E. Hacı (2013-01-03 14:19:33)
Salam. Ən yaxşı framework seçimi elə də asan məsələ deyil. Burada əsasən ən yaxşılıq meyarına yox, ən rahatlıq meyarına üstünlük verilir. Belə ki PHP framework-lər bir-birindən az ya kifayət qədər çox fərqlənir. Yanaşma məntiqi, struktur fərqləri var. Mən 1 ay öncə beynəlxalq konfransda Zend-in(Zend FW ən məşhur PHP framework-dür) lider developerlərindən biri ilə də bu barədə danışdım. O təxminən belə dedi ki, düzdür kiçik proyektlərdə Zend ağır işləyir, mürəkkəb görünə bilər və.s. Amma proyekt böyükükcə Zend özünü yaxşı tərəfdən göstərməyə başlayır. İstər idarəetmə asanlığı baxımdan, istərsə də performans baxımdan Zend nəhəng proyektlərdə lider hesab edilə bilər. Amma bir və ya 4-5 nəfərin işlədiyi lokal proyektlər nəhəng sayılmır, kiçik proyektlər sayılır, bütün bunları lite framework-lərdə etmək daha yaxşıdır. Lite dedikdə yəni həcmcə və mürəkkəblikdə Zend-dən 10 dəfələrlə kiçik olanları nəzərdə tuturam. Şəxsən mən Codeigniter işlədirəm və sizə də məsləhət görürəm. Codeigniter öyrənilməsi ən asan, dokumentasiyası ən rahat bir FW-dır və professional və təhlükəsiz veb layihə üçün tam bəs edir. Sürət performansında da ən üstünlərdəndir, sürətdə yalnız Yii-dən azca geri qalır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

jQuery Slide`ni MySQL ilə Əlaqələndirmək ?

Telefonum php dəstəkləsin

Php-ni azdan-çoxdan bilirəm

phpni birinci yoxca css birinci oyrenim

xml-dan xüsusi hissələri necə parse edim?

MYSQL kömək