iPhone proqram yazmaq

Slm, men itunes-dən iPhone 4S-ə proqram atdım, amma yüklənmir, tel-də "ojidaniye" yazır, onu nece yaza bilərəm tel-ə?

Verilmiş cavablar və yazılan şərhlər (22 cavab var)

azeri (2013-01-05 09:28:06)
Azizov Vüsal, 3G ilə her kəsə tsk-lər cvb-lar üçün, ustaya gedəsi oldum, düzəltdi

Azizov Vüsal (2013-01-04 19:48:52)
Azeri, məndə də belə olmuşdu bir dəfə. 1-2 gün sonra öz-özünə düzəldi. App-ları wifi ilə yükləyirsən, yoxsa 3G ilə?

azeri (2013-01-04 13:55:43)
diyəsən nə etmək lazım olduğunu bilən tapılmadı ((((((((((((((((

azeri (2013-01-03 17:16:24)
bir defe yazılıb, usta yazmışdı, indi özüm yazmaq istiyirəm, amma yaza bilmirəm

pc_apple (2013-01-03 17:02:56)
yalniz marketden.

Tarlan Umudov (2013-01-03 16:54:45)
Qardaş zəhmət olmasa telefon haqqında məlumatları qısa şəkildə yazın bir az da olsa məlumatımız olsun. Telefonu alıb unlock etmisiz yoxsa factory unlocked almısız? Telefona əvvəl apps yazmısız yoxsa birinci dəfədir ki, yazırsız və belə bir problemlə qarşılaşırsız?

azeri (2013-01-03 16:34:32)
onsuz indi men proq.yukluye bilmiyəcəm?

pc_apple (2013-01-03 15:16:26)
Qardaş google-də axtar. Lazımı məlumatları tapacaqsan.

azeri (2013-01-03 14:59:49)
"JailBreak" nedir ve nece edim?

pc_apple (2013-01-03 14:51:00)
Anladığım qədər sizin iPhone JB yəniki JailBreak deyil. JB edin sonra yükləyin.

azeri (2013-01-03 14:44:52)
xahiş edirəm artıq dərəcədə kömək edin, mən nə edə bilərəm http://imgs.su/tmp/2013-01-03/1357209868-766.jpg

Tarlan Umudov (2013-01-02 23:34:46)
Burda çətin heç bir şey yoxdur. Məndə də olur bu, siz sadəcə nəyisə düzgün etmirsiz. Əvvəl yazdıqlarımı diqqətlə yerinə yetirin düzələcək.

azeri (2013-01-02 23:25:49)
siz verdiyiniz linkdən də yüklədim itunes, eyni prosedura təkrarlanır nece edim mən? (((

Tarlan Umudov (2013-01-02 22:24:56)
Qardaş, əvvəla sizdə köhnə versiya iTunesdir. Axı dedim iTunesi yeniləmək mütəqdir. Yenilənmədikdə xətalar baş verir. Buradan yükləyə bilərsiz. Həm də birinci yerləşdirdiyiniz şəkildə aşağıda yazılıb "автоматически синхронизировать новые программы ". Həmin yazının qarşısına quş qoyun yoxlayın olmasa iTunesi yeniləyin.

azeri (2013-01-02 22:14:20)
15dəq-dən çoxdur ki, helə qalıb, yüklənmir http://imgs.su/tmp/2013-01-02/1357150322-768.jpg http://imgs.su/tmp/2013-01-02/1357150422-768.jpg http://imgs.su/tmp/2013-01-02/1357150440-768.jpg

Tarlan Umudov (2013-01-02 21:50:21)
Baxır appsin həcminə. Təbbi ki, bu vaxt saatla deyil dəqiqə ilə ölçülür. Ən çox halda 10-15 dəqiqə.

azeri (2013-01-02 21:45:55)
təxmini neçə saata?

Tarlan Umudov (2013-01-02 21:42:46)
Bəli

azeri (2013-01-02 21:12:56)
öz-özünə yüklənəcək?

Tarlan Umudov (2013-01-02 21:06:16)
Başa düşdüm mən sizi, siz yalnız telefonu qoşun kompa və iTunesi açın. Özü sync olunacaq. İnternet qoşulu olmalıdır.

azeri (2013-01-02 21:02:38)
bunlarin hamisini etmisem, yazdigim proqram tele düşüb, amma tel-də proqramın üstündə yazılıb ki, "ojidaniye", eləcə diyanıb qalıb

Tarlan Umudov (2013-01-02 20:24:00)
Salam. iTunesdən yüklədiyiniz appslar iTunesin müvafiq bolməsində APPS yazılan bölməsinə yüklənir. Siz telefonu qoşduqda kompyuterə iTunes özü avtomatik appsları sync etməlidir, əgər etmirsə siz yeni yazılmış olan appslardan birini klik edib sağ tərəfə sürüşdürtdükdə sizin iPhoneun adı çıxacaq sağ tərəfdə həmin boş yerə da buraxın klik edib saxladığınız appsı və daha sonra qalan yeni yüklənilmiş appslar özü avtomatik sync olunacaq. P.S. iTunesi update etmək mütləqdir.