iPhone 5 yoxsa Nokia Lumia 920 ? (Məsləhət)

Salam. Telefonumu dəyişmək qərarına gəldim. Amma 2 telefon arasında qalmışam. Məndə ikisinidə test etmişəm amma qərar verə bilmirəm. İkisinində gözəl funksiyaları və özəllikləri var.

Verilmiş cavablar və yazılan şərhlər (35 cavab var)

eagle (2017-07-20 13:50:35)
nokia lumia 920 yaxsidir cunki hem ucuzdu hemde emeliyyat sistemi yaxsidir

Alekberova (2016-10-24 13:16:14)
Mence Samsung Galaxy S 4 daha yaxşıdı..Meslehet edirem:)

Aisha (2015-07-20 02:03:45)
elbette Nokia Lumia 920 cunki iphone keyfiyyetsiz maldir menden meslet budur :-) :-D :-*

E. Hacı (2014-12-23 14:10:44)
IOS8 ilə çox pis işləyir iphone 5. Hədsiz pis.

ali rehim (2014-12-23 13:28:12)
salamlar. menim fikrimce iphone 5 daha yaxsidir cunki menim ozumun iphone 5 var ve cox yaxsi isleyir hec vaxt donmur istediyin proqramida yukleye bilirsen

elgun01.10.2001 (2014-06-11 14:18:57)
arginaldirsa iphone 5 yaxsidir ancaq iphone arginal deyilse nokia lumia daha yaxsidir.

memar97 (2014-04-26 18:30:25)
nokia lumia

dunya gozeli (2014-04-18 16:03:05)
mence iphone 5 daha eladi

programmer (2013-03-25 02:10:02)
Ümumiyyətlə Lumia telefonları almaq böyük səhvdir :) İphone 5 məsləhətlidir

ali (2013-02-05 19:48:01)
men ozum iphone 4 iwledirem bundan bawqa telefon yoxdu zorduyee.qaldi iphone 5 e onda bir az catiwmamazliq var .android bowdu mende galaxy S3 de var ama IOS 6.1 in yerin vere bilmez

Amil (2013-01-05 21:33:49)
Doğrudan da, ödənişli imiş. Yəqin ki, məndə köhnə məlumatdır. Üzürlü hesab edin.

Amil (2013-01-05 00:57:59)
Mübarəkdir! Google Store'da developer kimi qeydiyyatdan keçmək pulsuzdur deyə(pulsuz deyil-red) kim nə istədi qoyur ora. Amma Apple Store və Windows Phone Store'da qeydiyyat $100-dır və əsasən ciddi developerlər bu iki platformada işləyir. Windows Phone'a qaldıqda isə, mənim onun uğur qazanacağına heç bir şübhəm yoxdur. Çünki, tam yeni bir interfeysdir və böyük potensialı var. Windows Phone'un bir özəliyyi də odur ki, 3rd party app.lar rəsmi app.lardan daha gözəl və daha çox funksional olurlar. Bu da yuxarıda qeyd olunan bazar payına görədir.

Ruslan Butdayev (2013-01-05 00:42:35)
Adeten jailbreak primitivliye gore yox OGURLUG proqram istifadesine gore lazim olur. Telefon luncher blutuz olmadan da istifade olunur. Bildiyiniz kimi Xperia S aldim.. NFC ne bilim saydiginiz butun texnalogiyalar var! hech bir defe de olsun ne nfc istifade etmedim ne de blutuz )) eksine blutuzun olmasi serf etmir mene sekil ceken kimi bash beyimi aparirlar gonder )) Ama iphone da sesleri de cixmir )) .. mail yazirlar ki seklimizi gonder de )).. Neise qisa sozum qayitdim iphona sizin primitiv kimi qebul elediyiniz sisteme.. Ne donmasi var ne gecikmesi .. telefon kimi cox eladi .. internete girirem musiqiye qulaq asiram zeng edirem. arada da oyun oynayiram. bildiyiniz kimi oyunlari ve applari heleki onde olan OS dir )).. mene bes edir.. Android mene lazim olan sistem deyil )) Android o keslere lazimdi ki bir sheyden tez bezir ve her defe teze nese axtarir ki gozunden dushen bir sheyi tezden qaldirsin gozunde maraqli elesin)) .. Gunde nese tapib yxlasin barmaqlasin)). Ios ise konkret neden ibaret oldugu bilinene sistemdir. Ishini gormek uchun lazimlir utilitler var lazim olan neticeni verir.. mene bu lazimdir.)) ishimi gorsun lazim olanda elimden tutsun)) Android Kimi ust iste 4 5 app oyun acanda windowsun safe modu na donur.. kerek appkiller yazasan ne bilim kesh silesen.. ve s. ve s. applari telefonun 2 gb memory e yazilir coxu onlari move elemelisen external yaddasha ki yer dolmasin.. )) neyse .. sozumun cani IOS ve Android her kisi ozluyunde mukkemmeldir ama ferqli sektorlara aiddi her ikisi.. Konkret zovq meselesidi..Kimi Ios kimi Android.. secim elemek uchun her ikisini en az 1 2 ay istifade elemek lazimdir.. Ondan sonra qerar vermek olar sene ahnsi uygundu.. O ki qaldi google in play marketine o gun bele bir yazi gordum " sen deme play sotda olan programlarin 60% e qeder telebeler ve starterlerin yazdigi cox sade proglamlardan ibaret imish. ve hech biri de nezaretde deyil istediyin proqrami yazib play stora qoya bilersen..)) Keyfiyyet yox kemiyyet maraqli imish." windows phone geldikde ise o haqda melumatim yoxdur. Ama windows sadece bazarda katalizator olacagina inaniram bashqa hech ne )).. Yazdiqlarim shexsi tecrube ve fikirlerimdir.. Mubahise ve ya bashqa bir meqsedle yazmamaisham. sadece fikrimi bildirmishem.. Seciminizde ugurlar..

Amil (2013-01-04 20:52:25)
iOS o qədər primitivdir ki, onu normal istifadə etmək üçün JailBreak edirlər. JB iOS'a əlavə funksiyalar və imkanlar yaradır. Məsələn, Bluetooth (iOS'da BT Fayl Transfer yoxdur), Launcher choice və s. Qeyd edim ki, JailBreak qanunsuzdur və hər ani səhv telefon üçün böyük təhlükə yarada bilər. Android'də necə telefonu root ediriksə, iOS'da da JailBreak edirik.

pc_apple (2013-01-04 19:45:40)
Bəs JailBreak nə üçündür ?

Azizov Vüsal (2013-01-04 19:38:30)
Dostlar, deyirlər installous bağlanıb! Hackulous bağlayıb. Artıq pullu app-ları pulsuz yükləmək mümkün olmayacaq İOS'da.

Amil (2013-01-04 13:26:43)
Təbii ki, bir neçə ay əvvəl almısızsa, normal seçimdir. Amma təəsüf ki, WP7.* əməliyyat sistemini WP8-ə upgrade etmək olmur. Microsoft bunu bilə-bilə heç bir xəbərdarlıq etməyib. Çox murdar siyasətləri var.

pc_apple (2013-01-04 12:34:10)
Bəli Windows Phone-nin çiçəklənmə dövrüdür. Yaxın zamanda gözəl App-lar əlavə olunacaq Marketə. Verilən məlumata görə Yeni Developer-lərlə müqavilə bağlayıblar. Market üçün.

Remonal (2013-01-04 12:09:31)
Hee.Soruşmaq isteyrem ki, men Nokia Lumia 710 aldım , dogru seçimdi?)))

pc_apple (2013-01-04 08:33:10)
Ancaq kamerası üçün istəyirsənsə Nokia 808 yaxşıdır. 41 mp. Yox əgər həm kamera həmdə özəlliklərinə görə seçim etmək istəyirsənsə Nokia Lumia 920 və iPhone 5

Amil (2013-01-04 02:19:52)
Nə soruşmaq istədiyinizi heç kim başa düşmədi))) Razıyam ki, iOS'da olan vacib app.lar-ın hamısı WP-da yoxdur. Məsələn, Pandora, Google Apps, İnstagram (Görəsən, qaydalar dəyişəndən sonra bundan istifadə edən var?) və s. Amma ödənişli tətbiqlər məsələsində razı deyiləm. iPhone üçün hətta WhatsApp belə pulludu) iPhone alsaz ya gərək qanuni yolla tətbiqləri alasız, ya da ki, JailBreak edəsiniz.

Cabbarov Sübhan (2013-01-04 00:01:59)
Avto foksu olan kameralın əksəriyəti bunu bacarır

cavid639 (2013-01-03 23:52:02)
salam mövzuya aid olmasada bir soz sorusum mene kamerasi yaxsi cəkən (əsasən də kitabdan nəyisə cəkəndə rahat oxunsun) telefon nə məsləhət gorursuz bir neçə ama bir az ucuz olsun

Remonal (2013-01-03 22:52:12)
Hazır söz açılıb Soruşmag istirem ki, men nokia lumia 710 aldım appları pis deyil ama düz deyirsiz iphone-da olan applar WP-da yoxdur yadaki pulludu :)

Amil (2013-01-03 21:28:34)
Windows Mobile ilə Windows Phone'u səhv salmaq olmaz. WM Android'dən də qeyri-stabil idi. Onu işlədəndə, Windows Millenium yadıma düşürdü ;)

pc_apple (2013-01-03 21:04:38)
Windows Mobile dedikdə Windows Phone-ni nəzərdə tuturam.

pc_apple (2013-01-03 21:01:52)
Qardaş Android stabillikdən çox uzaq ƏS-dir. Mənim daha çox Windows Mobile xoşuma gəlir. çunki çox rahatdır. Həmçinin stabil ve sürətlidir. iOS-da stabildir. Lakin ikisidə xoşuma gəlir deyə bir qərar verə bilməmişəm.

thebrave (2013-01-03 20:23:32)
Nə alırsızsa alın amma mütləq Android alın .

Amil (2013-01-03 19:24:44)
Google app-lar əvəzedilməz deyil: Google Search- brauzerdə işlədə bilərsiz; YouTube- 3rd party tətbiq kömək edə bilər: MetroTube; Gmail- heç bir proqrama gərək yoxdur; GDrive- Dropbox və SkyDrive olan yerdə nəyə lazımdır ki?)

Amil (2013-01-03 18:27:26)
Bəli, Windows Phone-un üstünlüyü əgər özündədirsə, iOS'un üstünlüyü tətbiqlərindədir. Amma dünən Ubuntu Mobile OS təqdim olundu. Daha çox MeeGo və Android'in hibridinə oxşatdım. Nə bilmək olar, bəlkə ondan daha çox xoşunuz gələcək?) ƏS seçimi zövqə görədir, hansı xoşunuza gəlirsə, onu da işlədin. ;)

Abdurrahman (2013-01-03 15:05:59)
Sənin seçimində iphone 5 nokiadan daha yaxşıdı amma mən samsung galaxy s3 məsləhət görərdim

pc_apple (2013-01-03 14:45:34)
Bəs onları əvəz edən app-lar hazırlayarlar görəsən. Hə birdəki iphone-nin bir dezavantaj-ıda arxa və yanların tez cızılmasıdır. Həddən artıq tez. Belə deyə bilərəmki normal istifadə ilə 2 günə cızılır. Apple şirkətinin işçisi isə bunun normal hal oldugunu soylədi. Təbiiki normal haldır cızılması. Ancaq həddən artıq tez bir zamanda cızılması can sıxıcıdır. Və Böyük Apple şirkətinə yaraşmır, fikirləşirsənki necə ağıl edib zəif material seçiblər ?!.

E. Hacı (2013-01-03 14:25:35)
App sayı arta arta gedəcək təbii ki. Amma bilirsiz, say hələ hər şey deyil, onsuz da siz 200 minin hamsını istifadə etmirsiniz. Ən vacib app-ların bağlamasını düzəltsək, yəqin ki buraya təxminən 50 app daxil olar. Qalanlar ikinci dərəcəli, ayda ildə bir lazım olacaq app-lar və ya zəif alternativlərdir. İş orasında ki bu şərti 50 app-dan əksəriyyəti WP-da yoxdur, çünki bazar payı 3%-dən də aşağıdır və nəhəng şirkətlərin flaqman smartfonları yalnız bə yalnız Android-də buraxması imkan vermir ki bu pay artsın. Soruşula bilər bəs Nokia? Amma Nokia da təəssüf ki telefon bazarında nəhəng olsa da, smartfon bazarında cırtdandır, payı 0-a düşmüş və 0-dan yenidən başlayan istehsalçıdır. Ona görə də bu barədə bir qədər şübhəliyəm ki yaxında bütün vacib dediyim 50 app WP-yə gələcək. Məsələn o 50 app-dan azı 10-u Google-a məxsusdur və onların yaxın 2 ildə gəlməyəcəyi dəqiqdir.

pc_apple (2013-01-03 14:19:56)
çox gözəl söylədiniz. Android əməliyyat sisteminə alışa bilmirəm. Məni nəsə cəlb etmir. WP proqramçılarından keçən həftə xəbər gəldiki artıq App sayı 200.000 keçib. Və yeni , app Developer-ləri ilə müqavilə bağlayıblar... Lumia 920nin görünüşü mənə ləzzət elədi. Həmçinin sensorun hessas olması. Kamerasıda gözəldir. Sonra Iphone 5i yoxladım. Onunda görünüşü çox xoşuma gəldi. incə və yüngül idi... Qərar verə bilmədim. Belə düşünürəmki Lumia 920 daha çox xoşuma gəlib. Stabil görünür. Iphone-nində görünüşü , əməliyyat sistemi , app-lar və başqa bir çox şeyləridə gözəldir.

E. Hacı (2013-01-03 13:40:31)
Salam. Ayrı-ayrı əməliyyat sistemləridir. Məncə seçim etmək çox da çətin olmaz. Çox fərqli sistemlərdir deyə biri digərindən daha çox xoşa gəlməlidir subyektiv olaraq. Parametr və hardware cəhətdən isə müqayisə daha asan. Hardware baxımdan Lumia 920 İphone5-dan çox üstündür. Sofware baxımdan isə İphone5 çox üstündür, çünki Apple Store-da 600 mindən çox app var, Windows Phone Store isə hələ ki yenidir, çox ciddi app-lar var ki, hələ də WP-da yoxdur. Bundan başqa WP-da əsas çatışmazlıq isə əvəzediləbilməyən Google App-larının orada olmamasıdır və ən pisi heç planlaşdırılmamasıdır. Şəxsən özüm seçməli olsam təbii ki, düşünmədən normal Android smartfon seçərdim bu iki qüsurli ekosistemdənsə, amma məhz bu ikisindən birini seçməli olsam, Nokia seçərdim.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saxta İphone

iPhone-da iMessage

Balansa nəzarət

İphone 6 plus 16gb

Nokia Lumia 920 NFC problemi

iphone almaqda məsləhət