Hər kəsə salam! Mən dekabrın 29-u ebaydan bir iphone almışdım. Yadınızda idisə, hələ burada sual da vermişdim ki o iphone burada açacaq və s. nə isəə. Sonra burda da yazmışdım ki, bəs satıcı pulu qaytardı. Dekabrın 30-u (1 gün sonra) satıcı pulu qaytardı. PayPalda refund olunduğunu göstərir. Amma indi banka getmişdim ki, kartımda qalan pula baxım. Gördüm ki, pul karta qaytarılmayıb. Lap əsəbləşdim. Axı bu necə ola bilər axı? 6 gün qabaq refund olub, paypal refund göstərir amma kartda pul yoxdu. Xatırladım ki, kartım Bank of Bakunun kartıdır. Visa Classicdir. Refund əməliyyatının şəkilini də bura yerləşdirirəm. Çox xahiş edirəm mənə kömək edin. Sizcə bu nəyə görə ola bilər? Yadıma düşmüşkən, xatırladım ki, yeni il ilə əlaqədar olaraq Bankda qeyri iş günüdür. Yəni banklar işləmir. Deyirəm bəlkə bu səbəbdən ola bilər?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
Salam, 6 gün deyirsiz, amma bu müddətdə neçə bank günü keçib? altı-bazar bank günü deyil, 31-i 1-i də bank günü deyildi. Bayram günləri də həmçinin. Yəni adi halda 10 gün keçə bilər, amma 0 bank günü hesab edilə bilər əgər altı bazar və bayram olsa. Gələn həftəni gözləyin banklar tam gücü ilə işləməyə başlasın, pulunu qayıdacaq. Bu adətən 3 bank gününə qayıdır. Bir az uzana da bilər, normal haldır
0
Hmm, yəni deyirsiniz ki, pulun refund olmamağının səbəbi bankların işləməməyidir. düzdür?
0
Salam mende saticidan pulumu geri teleb etdim o dedi ki pulunuz paypala qaytarilacaq sizce paypala qayitsa avtomatik olaraq pulum kredi karta geri qayidacaq ?
Sual verin
Cavab verin