Videoya baxanda arabir dayanır ilişir

salam mən  youtubedə yada başqa saytlarda hər hansı videoya baxanda arabir dayanır ilişir biraz qabaqa verirəm düzlir. Bu nədən ola bilər? internet sürətində problem yoxdu surət 4352. 

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Rovshan Musayev (2013-01-07 19:41:15)
Əvvəl olmayıb indi olursa onda başqa kompyuteri internet şəbəkənizə qoşub yoxlayın. O gecikməsiz işləyib sizin komp gecikmə ilə işləyirsə deməli problem kompyuterlikdir. O zaman bir mütəxəssisə göstərə bilərsiz.

Sahil-20 (2013-01-06 17:04:13)
bunlardan başım çıxmır sadəcə axrıncı dəfə komputeri format edəndən sonra, "DriverPackSolution" driver paketini yazmışam birdə flaşh pleyri yazmışam amma iki üç gündür elə etməyə başlıyıb.

Rovshan Musayev (2013-01-06 15:12:38)
Nəzərə alın ki, onlayn video-nun sürəti sizin internetin sürətindən başqa digər xarici və daxili amillərdən də asılıdır: 1)Daxili amillər- Sənin kompyuterində düzgün video drayverin olmaması və video drayverin zəifliyi, kompyuterin həddindən çox aktiv proseslərlə yüklənməsi. 2)Xarici amillər - Əgər yuxarıda sadalananlar sizdə normaldırsa o zaman onlayn video-nun sürəti ən çox video-nun yerləşdiyi serverdən və həmin serverin sənin yerləşdiyin bölgə üçün ayırdığı sürətdən aslılıdır. Bundan başqa eyni vaxtda həmin video-ya çox adam baxsa uyğun olaraq müvafiq server daha çox yüklənəcək və bu da öz növbəsində sürətə təsir edəcək. Söhbət konkret Youtube-dan gedirsə o zaman aydın məsələdir onların serveri güclüdür amma baxan sayı da çoxdur. Belə sürət problemləri təkcə onlayn video zamanı deyil hər hansı saytdan hər hansı məlumatı da yükləyəndə də ola bilər. Məsələn sizə adi bir misal deyim. www.boxca.az saytından 2-3 mb civarında müsiqini köçürmək yüksək sürətli internetlə belə dəqiqələr çəkir. Səbəbi saytın məşhur olması amma güclü serverlərinin olmamasındandır fikrimcə. Ən son xarici amil kimi sizin provayderinizi göstərmək olar. Onlar müxtəlif qurmalarla dowload speed-ə müəyyən limit qoya bilərlər, amma bunu sizə soruşsanız da deməzlər. Çünki artıq bir muddət sonra abonent sayı çoxalanda onlar avadanlıqlarını gücləndirmək və ya artırmaq əvəzinə istifadəçilərin sürətləri ilə "məzələnirlər" :)