Virtual server seçimində təcili kömək lazımdır

Salamlar. Mən bir neçə server aldım bu son 15 gün ərzində. Ama heç biri işlək çıxmadı. Hərəsində bir problem yarandı. İndi çox təriflənilən 2 sayt da olan server arasında seçim arasında qalmışam. Serverlər aşağıdakılardır Server 1 Server 2 Bunlardan hansini məsləhet görürsüz? Ən çox 2 cini istəyərəm almaq. daha taninmiş və etibarlı şirkət olduğu üçün. Hetzner.de dəki serveri. Serverdə sadecə öz saytlarımı quracam. 6-7 sayt olacaq. Dle və vvordpress üzərində qurulmus saytlar. İstifadəci də ki sayta o qədər də cox ziyarət olmayacaq günlük. Ele də reytingli saytlar olmayacaq yəni. Bu serverlərin hansı işimə yarayar? Xahiş edirəm kömək edin. Əvvəlcədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Emin Rəhmanov (2013-01-06 04:05:48)
Çox təşəkkür edirəm. Hetznerdəki V19 alıb Virtualmin qurmaq fikrim var.

E. Hacı (2013-01-06 01:48:16)
Yanlış deyiblər, şəxsən özüm 3-cü ildir işlədirəm, bir v19-da 5 dinamik sayt normal işləyir. Hazırda bu yazını oxuduğunuz sayt da Hetzner V19-dadır.

Emin Rəhmanov (2013-01-06 01:05:12)
Cox tesekkur edirem cavaba gore. Ama bir nece ay evvel men burda hemen siz qeyd etdiyiniz vps i numune olaraq gostermisdim. Yazmisdilar ki 1 nuveli cox zeif serverdir. ancaq html sehifelerden ibaret olan heddinden artiq yungul sayti islede bilersiz o serverde. Ona gore biraz secim qarsisinda qaldim ve suali yeniden verdim

E. Hacı (2013-01-05 21:23:37)
Linkdəki 1 sayt üçün normaldır, amma 4-5 sayt üçün zəifdir bir az. V19 yaxşıdır, məndə 2 dənə V19 var hazırda, Debian 32bit: http://www.hetzner.de/en/hosting/produkte_vserver/vq19

Emin Rəhmanov (2013-01-05 20:21:22)
Elvin, cox xahis edirem hetznerde meslehet bildiyin bir virtual serverin linkini qoyda bura zehmet olmasa

Emin Rəhmanov (2013-01-05 15:41:18)
Təşekkürlər Elvin. Mən yuxarıda qeyd etdiyim server necədi? Bu işimə yarayar? Siz dediyiniz debian VServer hansıdı orda? zəhmət olmasa linki qoya bilərsiz bura?

E. Hacı (2013-01-05 14:21:45)
Salam. Hetzner sınanmış şirkətdir, ordan bir Debian VServer alın, tam siz deyəni ödəyəcək. VServer tam səviyyədə sizə verilir və dedicated-dən fərqlənmir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Server Nədir

Serverdəki saytın səhifələri gec açılır

Apache server

hostingi serverə köçürmək

Server almaq

VPS Webmin istifadə qaydası