İTunes haqqında sual

Salam. Mən mahnıları pleyerdə saxlayıram, lakin istəyirəm ki mahnıları İTunes'dən İPhone'umun original musiqi app-ına yükləyim. Mən istəyən mahnılar isə pulludur. Jailbreak etmədən bir yolu var original musiqi app-ına musiqi yükləmək?
mobil Cavablar.net

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

Tarlan Umudov (2013-01-06 23:29:10)
Qardaş, bir daha nəzərinizə çatdırım ki, sizin dediyiniz kimi iphone ilə iphone’un öz pleyerinə mahnı yaza bilməzsiz. Ruslan bəyin dediyi kimi, iPhonun özünün music playeri var ve iTunesda vasitəsi ilə yaza bilərsiz yalnız ora mahnıları.

Ruslan Butdayev (2013-01-06 23:28:20)
Mumkun deyil. Ancaq itunes ile ya da itools .. yeni ancaq komputerden!

Azizov Vüsal (2013-01-06 23:20:28)
Mən iphone ilə iphone'un öz pleyerinə necə musiqi yükləyə bilərəm?

Ruslan Butdayev (2013-01-06 23:13:01)
musiqi app i nedir? player nedi ? Musiqi app i deyende ne nezerde tutursuz? Iphonun ozunu music playeri var ve itunesda sync olunan musiqileri avtomatik olaraq playere yukleyir..

Tarlan Umudov (2013-01-06 23:03:59)
Kompyuterlə etmək lazım Vüsal bəy. Sizə daha asan olsun deyə Apple.com saytından iTunes programının sonuncu versiyasını endirin. Yükləə endiriminə keçmək üçün bura daxil olun. Düzdür sonuncu iTunes geniş şəkildə yeniləndiyi üçün sizə ilk dəfədən istifadəsi bir az çətin kimi gələcək amma daha sonradan öyrəşəcəksiz və əvvəlki versiyalardan qat-qat asan olduqunu görəcəksiz. İstifadə qaydasını isə bura daxil olub videodan izləyə bilərisiz. Əlavə sualınız olsa buyurun.

Azizov Vüsal (2013-01-06 22:54:34)
Ruslan, milyonlarla sayt bilirəm yükləməyə mahnı. Sadəcə iphone'ə mahnı yükləməyin qaydasın bilmirəm musiqi app-ına. Belə pleyerə yükləyə bilirəm.

Azizov Vüsal (2013-01-06 22:51:09)
Tarlan, demək istəyirsiz saytdan yükləyib atım itunes'ə? Bunun üçün kompüter lazımdır yoxsa telefonla da edə bilərəm?

Ruslan Butdayev (2013-01-06 22:46:40)
UPSS )) Men suali duz basha dushmemishem ))) Men zenge mahni qoymaq qaydasini izah edirdim )) Itunes da tebii ki mahnilar pullu olacaq pulsuz mahni ancaq bizdedi)) Bizde hech neye hormet yoxdu deye muellif huqulari da icinde gedir ((.. Pulsuz mahni ruslarin saytindan yukleyirsen atirsan telefona..Jailbreak ile de mahni ogurlmaq olmur!

Ruslan Butdayev (2013-01-06 22:45:11)
Bax bu syatda istediyin qeder Ringtones var istediyini sec yukle.. Zedge Yukleyenden sonra teli itunes a qosh ve at tones icine. o avtomatik zeng bolmesinde gorunecek.

Tarlan Umudov (2013-01-06 22:42:45)
Siz o zaman ordan istədiyiniz mahnını internetdən yükləyin atın iTunesə. Bu heç də çətin bir şey deyil. Şərt o deyil ki, iTunesin özündən yükləyəsiz.

Azizov Vüsal (2013-01-06 22:35:00)
Tarlan, mahnılar itunes'də pulludur axı

Azizov Vüsal (2013-01-06 22:33:26)
Ruslan, biraz ətraflı yazardın zəhmət olmasa…

Tarlan Umudov (2013-01-06 22:32:16)
Salam. Sizin deməyinizdən belə anlama gəldim ki, siz iTunesdən iPhone mahnı atmaq istəyirsiz amma bunu bacarmırsız? Pullu mahnı bir az fikrimi qarışdırdı, necə yəni pullu mahnı? Siz istədiyiniz mahnını internetdən pulsuz yükləyib iTunesdən telefonununuza yükləyə bilərsiz. Bunun üçün heç bir jailbreakə ehtiyac yoxdur.

Ruslan Butdayev (2013-01-06 18:38:08)
Iphona zenge mahni qoymaq uchun xususi format lazimdir. m4a olmalidi format. O formata salib Itunes da ringtones secib ora atirsan mahnini ..