windows xp-ni windows 7-ə çevirmək mümkündürmü?

salam mənim notbook-um windows xp-di və çox zəif işləyir. sürəti 1.60 ghz, memory 446 mb ram. Mən windows xp ni windows 7 ə çevirə bilərem. birdə zəhmət olmasa mənə deyin də mən harda bunu edə bilərəm və təxminən neçiyədi. İndiden təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

lalochka (2013-01-12 17:51:17)
cox sagolun bir sualda verim ubuntu ne demekdi internetden o proqrami yukledikden sonra komp.un sureti artacaq.?

E. Hacı (2013-01-11 13:53:46)
Bəli, XP zəif işləyirsə 7 ümumiyyətlə donacaq. Çünki sistem çox zəifdir sizin kompüterdə.

Alibeyov (2013-01-11 10:03:54)
Salam. Xeyir Bu mümkün deyil. Windows 7 -ni 8-ə qaldırmaq mümkündür. Həm də ki, siz bu parametrdə olan komputerdə microsoftun sistemləri ilə ideal və ya ideala yaxın işləmə sürəti əldə edə bilməyəcəksiniz. Məsləhətdir ki, komputerinizə Linux sistemlərindən Ubuntu yazasınız. Antivirus lazım deyil, Linux-a "virus düşmür", ofis və digər proqram təminatları probleminiz də olmayacaq. Hər növ oyun, proqram Ubuntu Software Center -də mövcuddur.Əsasən çoxu pulsuzdur. Rahat yükləyə biləcəksiniz. Təkcə windows -da oynadığınız oyunları birbaşa oynaya bilməyəcəksiniz. Bunu da wine ilə edə bilərsiniz.