Fujitsu AH532 Ubuntu yazılmır

Salam Aleykum.
Mənim dubaydan gəlmə Fujitsu AH532 notebookum var.
İstədim ki, 2 ənliyyat sistemi birlikdə işləsin, amma mümkün olmur.
Hətda təkcə Ubuntu yazmaq istəyirəm, o da mümkün olmur.
Ümumi proses və problemlər aşağıdakı şəkildədir:

Wubi ilə Windows-un daxilindən install etdikdə, restartdan sonra Windows öz qaydası ilə açılır, yəni ki, boot menu-da heç bir dəyişiklik olmur.
Pendrive ilə ubuntunun ISO faylını USB -ə çevirib və ya elə adicə DVD -dən install etmək istəyirəm:

Steplərdən yaddaşı seçmək bölməsinə gəlib çatanda harddiski tamamilə "free" görür. Halbuki, harddiskdə 2 partition və 97 gb lıq unlocated yaddaş saxlamışdım. 
"Eybi yox, cəhənnəm olsun Windows " -deyib o göstərilən  yaddaşda yeni partitionlar ayırıram, (ext 4 primary -/ ; swap 16gb; ext4  secondary -qalan yaddaş) ,
primary- partitiona install etmək istəyəndə bir xəbərdarlıq yazısı çıxır: "The partition table format in use on your disks normally requires you to create a separate partition for boot loader code. This partition should be marked for use as a "Reserved BIOS boot area" and should be at least 1MB in size. Note that this is not the same as a partition mounted on /boot."
Bunu bir dəfə Ok etmişdim,(Install anyway) Ubuntu-nun grub-ı Bios-a yazılmışdı, hdd -isə raw formatına çevrilmişdi. Bunu çətinliklə bir neçə yol ilə də olsa düzəltdik.(Notebook söküldü, cmos batareyasını çıxarıb bios-u default sazlamaya qaytardıq-tamamilə strukturu silinmişdi biosun...hdd-ni isə live CD ilə raw-dan mbr-ə çevirdim) 
Hər nəysə, uzun sözün qısası, mən o free göstərilən 750 gb -ın üzərində nə bölgü əməliyyatları aparsam da, restartdan sonra adi Windows açılır, hər şey olduğu kimi qalır,heç elə bil ki, heç nə olmayıb. 

Bilirəm çox uzun mətn oldu, oxuyub , vəziyyəti başa düşüb kömək etsəniz çox sevinərəm :)

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

biotin (2013-01-16 22:55:10)
Chox gumanki bu UEFIya goredir. http://www.linlap.com/fujitsu_lifebook_ah532

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntu haqqında suallarım var.

Kubuntu haqqında bir neçə sualım var.

Ubuntuda microsoft office word

Ubuntu haqqında suallarım var

Notebookun Hard diskini dəyişməkdə köməklik edin.

Ubuntuda problem