HTC explorer telefonda durmadan təkrarlanan “storage almost full” xəbərdarlığı

HTC explorer telefonda facebook ve twitter app-a girəndə tez-tez  "storage almost full" xəbərdarlığı gəlir. və bu app-ların işində problem yaranır, zəifləyir, sonra da ümumiyyətlə çıxır. telefonun yaddaşı azdır, ona görə əvvəlki qədər çox şey də yükləmirəm telefona. amma inbox-u təmizləməyimə, telefonda mövcud olan yeganə sevimli oyunu silmeyimə, şəkil və mahnıları ancaq kartın yaddaşına yazmağıma və gündə yüz dəfə cash təmizləməyimə baxmayaraq bu problem yenə davam edir. yeni alınanda belə deyildi. çıxış yolu nədir, hörmətli adamlar? telefona daha böyük həcmli kart alsam app-ları  ona köçürdüb bu problemi aradan qaldıra bilərəmmi? ümumiyyətlə kartın yaddaşına köçürmək olurmu belə şeyləri? və ya telefonun yaddaşını genişləndirməyin başqa yolu varmı?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Tural Əlisoy (2013-01-16 13:28:05)
google playdən proqramı install edəndə orda səçə bilərsiniz proqram usb karta yüklənsin

Efsane (2013-01-15 22:42:32)
Telefondan 2 applicationu mənə çox lazım olmasına baxmayaraq sildim. həmçinin facebook-a applicationdan yox,brauzerden girirem. bunu etməyə başlayandan storage almost full xəbərdarlığı gəlmir. hətta uzun zamandır metroda qəti tutmayan telefonum metroda da tutmağa başlayıb. indi problemin daha konstruktiv həllini tapmağa çalışıram :) məsələ burasındadır ki, mən app-ları karta necə köçürüm onu bilmirəm. bunu edə biləcəyim bölməni tapa bilmirəm.

E. Hacı (2013-01-14 10:11:40)
Salam. Applications bölməsindən proqramların böyük əksərini köçürmək olur karta. Köçürün hansı mümkündürsə. Sonra Settings-Storage daxil olun, Device memory-yə baxın görün Available nə qədərdir və dolu nə qədərdir və dolu olanları nələr dolurur, orda hamısı var. Orda əsas səbəbkarı tapa bilərsiniz.

Amil (2013-01-13 23:59:22)
Ağıla gələn birinci cavab formatdır. Telefonu reset edin.