php select option

salam. məndə iki select option var. birincində olan seçimdən asılı olaraq ikincinin option-ləri fərqli görünməlidir. yəni tutaq ki, [code] <select> <option> html </option> <option> css </option> <option> php </option> </select> [/code] tutaq ki, html seçilib, onda ikinci select-də table, image, a href, əgər php seçilibsə if...else, echo və s. görünsün. php ilə eləmək istəyirəm, çünki javascriptlə yazdıar, onda seçdiyim option itdi, submit edəndə refresh oldu

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2013-01-17 16:35:42)
Salam. Bunu bir neçə yolla edə bilərsiniz. Classic yolla, php request göndərməklə edə bilərsiniz amma bu yaxşı deyil, indi istifadə olunmur, bir select-dən ötrü bütün səhifəni reload etməyə dəyməz. Qalır iki yol. Javascript və AJAX. 1. Javascript-lə olanda ilk və ikinci selectə aid optionları load edirsiniz səhifəyə, birinci seçiləndə ona uyğunlar ikinciyə append olunur. Hazır işlək nümunə: http://javascript.about.com/library/bldydrop1.htm Burada heç nə itmir və əlverişsiz metod deyil, kifayət qədər yaxşıdır. Yalnız nəhəng minlərlə option olan hallar üçün əlverişli olmaz ki hər dəfə bütün data-nı load edir gərəksiz yerə. Qalan hallarçün əladır. 2. Ajax ilə. Burada birinci seçiləndə Javascript AJAX sorğu göndərilir, səhifə reload olmadan serverdə ayrıca bir php faylı cavab qaytarır geri. Nümunə http://remysharp.com/2007/01/20/auto-populating-select-boxes-using-jquery-ajax/ Bu böyük datalarla işləyəndə ən optimal yoldur və layiqli alternativi yoxdur, əvəzsizdir. Amma kiçik sayda optionlar üçün(məsələn cəmi 10-100-1000 option varsa) 2-ci Javasctipt yolu məsləhətdir.