Mənə bu proqram lazımdı

Bir çox insanların adları, haqqındakı məlumatları və telefon nömrələrini bir yerə yığıb özüm üçün baza toplamaq istəyirəm ki, istədiyim vaxt axtarış edib həmin insanları tapım. Düzdü worddə belə şey yığmışam. Adları haqqındakı məlumatları nömrələri yazıb dokument şəklində saxlayıram. Amma bunu hazır proqram vasitəsilə baza şəklində toplamaq daha rahatdı. Bildiyiniz belə bir proqram varmı? Özü də şifrəli proqram istəyirəm. Birini tapmışdım, yaxşı proqram idi amma şifrə qoymaq olmurdu. Yəni istənilən insan istənilən vaxt proqramı açıb istifadə edə bilərdi. Mən də beləsini istəmirəm, yalnız özüm istifadə edə biləcəyim proqram olsun. Bu yöndə köməklik göstərsəniz çox sevinərəm.  Bəribaşdan təşəkkürümü bildirirəm...

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Sebuhi (2013-01-20 12:34:30)
Köməyinizə görə təşəkkür edirəm. Dediklərinizi yoxlayacam görüm hansı daha effektlidi.

Amil (2013-01-19 21:16:32)
Məncə Microsoft Office Acces-dən istifadə edin. Bazanı hazırladıqdan sonra WinZip (və ya WinRAR) ilə arxivləşdirib, koda qoyun.

E. Hacı (2013-01-19 20:20:57)
Google Contacts yaxşıdır məncə. Düzdür brauzerdən girməli olursunuz internet lazım. Amma məhz siz deyən keyfiyyəti verir. Üstəgəl smartfonlar ilə əla sinxronizasiya və inteqrasiyası var. Əlaqə formalarından əlavə məlumat üçün geniş NOTE adlı sahəsi də var ki nə istəsəniz yaza bilərsiniz

Sebuhi (2013-01-18 19:59:43)
E-Z Contact Book proqramına baxdım. Xoşuma gəlmədi. Nə şifrə qoymaq olur, nə də ki, Azərbaycan dilini dəstəkləyir. Düzdü funksiyaları pis deyil, müvəqqəti işlətmək mümkündü. Amma mən istədiyim kimi deyil.

Sebuhi (2013-01-18 19:41:37)
Hə bir də mümkünsə bütün windows əməliyyat sistemlərinə uyğun olsun.

Sebuhi (2013-01-18 19:38:25)
Çox sağ ol qardaş. Men bilən o qədər də vaxt aparan bir şey olmamalıdı. Yəni balaca proqram olacaq yəqin ki. Amma bilmirəm mən dediyim formada yaza biləcəksiz ya yox. Yəni adamın adı, telefon nömrəsi, bir də haqqında məlumat kimi bölmələr olsun. Həm sıralamaya baxanda həm də axtarışa verəndə istədiyim adamı rahat tez tapa bilim. Bir də şifrə qoymaq olsun ki, məndən başqası icazəsiz bu proqrama girə bilməsin. Yəni sizi məcbur etmək fikrində deyiləm, səhv başa düşməzsiz inşallah. Sadəcə, mənə çox lazımdı deyə internetdə axtardım, amma, istədiyim formada olanını tapa bilmədim. Kömək edə bilərsizsə, sizə böyük minnətdarlığımı çatdırıram.

Onar Alili (2013-01-18 18:08:17)
Salam E-Z Contact Book var amma bu proqramda səhv etmirəmsə şifrə təyin etmək olmur. İstədiyiniz programı yazmaq çətin deyil.Vaxt tapıb yazaram,yazdıqdan sonra burda linkini verəcəm.