Saytlarda böyük “Ə” hərfi problemi

Salam dostlar, Bu yaxında E-baydan bir Onda v711 planşeti almışam, Android 4.0.3-dir. Belə bir problem var: saytlarda böyük Ə hərfinin göstərmir. Bunu aradan qaldırmaq olarmı? Xahiş edirəm fikirlərinizi bildirəsiniz. Oncədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Tural Əlisoy (2013-01-20 20:58:56)
yeniləmə və root haqqında hər şey http://android-az.com/

Elman İsgəndərli (2013-01-20 15:13:34)
Elvin bәy, salam. Root nә demәkdir vә root olmasını necә bilә bilәrәm? Root olarsa problemi necә aradan qaldırmaq olar? Mümkünsә әtraflı yazın. Tәşәkkür edirәm.

E. Hacı (2013-01-20 14:40:49)
Salam. Telefonun default font-u böyük Ə-ni dəstəkləmir. Bir çox Androidlərdə var bu problem. Əlacı root olub sistemin default font-unu deyişməkdir. Əgər telefonunuz root-dursa(yəqin ki deyil) o halda play store-da font changer yazın çoxlu proqramlar çıxacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ə hərfi yazılmır

Google web fonts API

Saytdakı yazılarda Azərbaycan hərfinin yəni (ə) hərfinin görünmesi üçün nə etmək lazımdır?

URL-dəki Ə hərfi e-yə çevirmək?

WordPressdə ə hərfi yazılışı

Google fontlarda kiçik ə hərfi görünmür