Windows Phone oyun

Salam Android ƏS telefonlara yüklənən oyunların həcmi maksimum 20mb olur.Amma bugün windows phone  (7.5) oyun yazanda həcm ən az 70 mb gördüm.Doğurdanmı bu qədər fərq var yoxsa mən səhv görmüşəm ?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

İsgəndər Cəfərov (2013-01-22 01:17:43)
Xeyr yanılırsınız. Əslində Androidin oyunları windows phoneyə nisbətən daha keyfiyyətlidir. O ki qaldı o 20 mb məsələsinə. Orada olan 20 mb sadəcə oyunun bir hissəsidir. Yəni Androiddə yüksək qrafikalı gameloft və s. oyunlarda apk dosyasını quraşdırdıqdan sonra oyunun keş faylları da olur ki, bunlar ayrı yüklənir və həcmi gb ilə olur. Məsələn Asphalt 7 oyunun apk formatı 15-20mb keş faylı isə 1.6 gb :D

Amil (2013-01-22 00:32:40)
Xeyr. Hər bir əməliyyat sistemində keyfiyyətli-keyfiyyətsiz oyunlar var. WP-da Xbox Live dəstəkli oyunlardır ki, daha yüksək qrafikaya, keyfiyyətə malik olurlar və onların da həcmi daha geniş olur. Deyilənə görə Xbox Live dəstəyi Android və iOS-a da gələcək. Amma bu barədə rəsmi məlumat yoxdur.

Elnur Oruclu (2013-01-21 21:58:33)
yeni windows phone-de oyunlar daha keyfiyyetlidir?

Onar Alili (2013-01-21 09:13:02)
Salam Oyunların həcminin əməliyyat sistemi ilə əlaqəsi yoxdur.Hər oyunun həcmi oyunun qrafikasınan,səviyyələrin çoxluğunan və s. səbəblərdən ola bilər.