Planşetlərdə ofis proqramları

salam. Mən soruşmaq istəyirəm ki, plansetlərdə ofis proqramlarından istifadı etmək olurmu, olursa hansı modellərdə?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Ziba_I (2013-01-23 13:41:17)
tesekkur edirem

Onar Alili (2013-01-23 12:55:34)
Məsələ tabletin markasında deyil içərsindəki əməliyyat sistemindədir və hər əməliyyat sistemindədə ciddi iş görmək olar.Sizə hansı rahatdır onuda istifadə edin.Hər üç(Android,IOS,Windows 8) əməliyyat sistemindədə ofis proqramlarını ya bir başa yada tətbiqlərlə açılır.

Ziba_I (2013-01-23 12:15:21)
burda olan başqa suallara da baxdım ve oxudum ki, ciddi iş görmək üçün Asus və Acer planşetləri daha məsləhətlidi, digərləri daha çox əyləncə üçün yaxşıdı. Razısınız?

Abdurrahman (2013-01-23 12:08:45)
kingsoftOffice proqramı açır

Ziba_I (2013-01-22 11:16:50)
aydındır, çox sağ olun

thebrave (2013-01-22 11:15:11)
açar

Ziba_I (2013-01-22 10:05:09)
yəni onlar normal *.docx və *.xls fayllarını açılır? nootebook-da yazıb planşetə köçürə bilərəm?

E. Hacı (2013-01-22 09:55:41)
Salam. Android planşetlər üçün QuickOffice adlı proqram var. Yəqin ki İpad üçün də var bu proqram. Əsas ofis sənədlərini dəstəkləyir, pullu və pulsuz versiyaları var. Başqa, Google Drive proqramı da var ki, sənədləri Cloud yaddaşla işlətmək olur, Google Docs veb ofis proqramı ilə eyni imkanlara malikdir