htaccess faylının işləməsi üçün

Salamlar.
Centos serverdə apache (httpd) qaldırıb, localhost-un ip-sində (yəni, var/www/html qovluğunda ) test qovluğu yaradıb içində htaccess faylı yaradıram, faylda bəzi konfiqurasiyalar edirəm, (məsələn alllow hər hansı ip), yoxlayıram, işləmir. Yəni, müxtəlif ip-lərdən girə bilirəm.
Sual, htaccess faylının işləməsi üçün bu serverdə hansı modullar, paketlər -ümumiyyətlə nə cür bir mühit olmalıdır?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Alibeyov (2013-01-23 11:55:41)
daha dogrusu service httpd restart ;) məndə dhcp server də var deyə, səhvən yazdım.

Alibeyov (2013-01-23 11:53:45)
Siz sualı yerləşdirənə kimi mən problemin həllini tapdım. Sadəcə olaraq Apache (httpd) bəs edir. Sadəcə olaraq httpd.conf -da AllowOverride None yazılıbsa bunu dəyişib AllowOverride All etmək lazımdır. Yada ola bilər ki AllowOverride All yazılıb, amma qarşısında # (comment) var. # işarəsini silirik, configurasiya aktivləşir. service dhcpd restart və artıq htaccess faylları işləyəcək! :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

php oyun skriptləri

php haqqında sual

PHP -ni bilenler komek ede bilersiz ???

ob_start nədir ? nə zaman istifadə olunur ?

jQuery Slide`ni MySQL ilə Əlaqələndirmək ?

PHP_Send Mail