Proqramlaşdırma dili seçimini

Web proqramlaşdırmadan başqa proqramlaşdırma dili bilmirəm. Mən proqramlar yazmaq üçün ilkin dil istəyirəm. Yəni birinci hansın öyrənsəm asan olar?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

marmeladze (2013-05-04 05:02:55)
əgər server-side veb dillərinə yaxud javascriptə aid bilikləriniz yaxşıdırsa hər hansı bir dildən başlamaq problem olmaz. məsələn bu bazislə, c tipi dillərin hamısını olduqca asanlıqla qavraya bilərsiniz. yox əgər əvvəl adıçəkilənlərdəki bilikləriniz kifayət qədər deyilsə, python məsləhətlidir. çünki həm tam funksional proqramlaşdırma dilidir, həm də bu dildən skriptinq üçün də istifadə etmək mümkündür. bundan əlavə, pythonun sintaksisi, təbii dilə olduqca yaxındır. belə ki, psevdokodları artıq piton sintaksisi ilə ifadə etmək olduqca aktuallaşıb - hətta bu özəlliyinə görə python-a, icra edilə bilən psevdokod da deyirlər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntu Studio 14.04 və Ubuntu

Youtube Azerbaycan Kanalı və Keyfiyyət

Mobil proqramlaşdırma

Mouse və klaviatura işləmir

Pulsuz domein almaq

Filtrasiya etməkdə kömək