Sayğaclardakı kəskin fərq haqqında

Salam. Saytın Livinternet.ru statistikası ilə hosting daxili satatistikası (Awastats) arasında kəskin fərq olur. Yəni, hostinq paketindəki Awastats sayğacı onlarla ölkədən sayta girişin olduğunu göstərdiyi halda  Livinternet.ru sayğacında bu, öz əksini tapmır. Mövzu haqqında fikirlərinizi bilmək istərdim. Cavabınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Jurnalist (2013-04-15 23:26:20)
Təşəkkürlər, Elvin bəy!

E. Hacı (2013-01-26 00:58:25)
Salam. Sayğac sistemlərinin hərəsinin öz tanıma, hesaba alma və sayma alqoritmləri olur, ona görə az fərqlərin olması normaldır. Kəskin fərqin olması isə az təsadüf olunsa da, hər halda mümkün haldır. Ən yaxşısı Google Analytics nəticələrini təqib edin, o nisbətən daha etibarlıdır.