Datakartı unlock etmək

Salam dostlar saytlarda bele bir yazı gördüm "datakartların unlock olunması" . indi bilmək istəyirdim bunu necə edirlər ve men edə bilərəmmi ? və nə dərəcədə düzgündür ? zəhmət olmasa başa salardınız.Öncədən təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

marmeladze (2014-07-28 04:36:26)
söhbət yəqin ki, zte modemlərdən gedir. əvvəla, saytın dəyərli nəzarətçilərinə bildirmək istərdim ki, azərbaycanda mobil operatorlar usb modemləri müəyyən müqavilə şərtləri nəticəsində təqdim eləyirlər. bir (yaxud daha çox) illiyinə operatorla bağladığımız müqaviləyə müvafiq olaraq ödəniş eləyir, qarşılığında internet paketi alırıq. müqavilə müddəti bitdikdən sonraysa həmin şərtlər daxilində xidmət təmin eləyənlərə - operatorlara qarşı hansısa məsuliyyət daşımırıq. həmin o usb modemlər də bizim mülkiyyətimiz olduğuna görə, onlardan istənilən cür istifadə eləyə bilərik. x mobil operatorunun bizə verdiyi modemə y operatorunun gsm kartını daxil eləyib, y-in xidmətlərindən istifadə eləməyə də hüququmuz var. bunları nəzərə alaraqdan zte modemlərinin kilidini açmağın yollarını araşdırmaq, öyrənmək, paylaşmaq və sairənin saytın məzmunuyla bir ziddiyyət təşkil eləmədiyini hesab eləyirəm. ona görə də bu keçidi paylaşmaqla nəsə pis bir əməl tutduğumu sanmıram -))

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Datakartların qiymətləri

Bakcell-in data kartı pulsuzdurmu?

8 pm’dən sonra bakcell datakartla internetə qoşula bilmirəm

nar data kart quraşdırmaq

Məsləhətli yaxşı datakart

iPad 4 4G vs İpad 4